Azərbaycan Respublikasının xalq artisti Hüseynov Rövşən Maqsud oğlunun ad günüdür.



1954-cü il  Naxçıvan şəhərində sənətkar ailəsində anadan olub. 
Xalq artistləri Xədicə Qazıyevanın nəvəsi,Sofya Hüseynovanın oğlu,Rafail Dadaşovun qardaşıdır.Atası Maqsud Hüseynov da teatrda  müxtəlif vəzifələrdə çalışıb.1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnditutunu bitirdikdən sonra,hələ uşaqlıqdan Naxçəvan teatrında böyüyən Rövşən,taleyini həmişəlik bu teatıra bağlayır.Müxtəlif səpkili rollar oynayan sənətkar 1987-ci ildə Əməkdar artist, 2008-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülür.
Rolları:-Şeyda(Şeyda-H.Cavid)
Özdəmir(Şeyx Sənan-H.Cavid)
Şmaqa(Günahsız müqəssirlər-A.N.Ostrovski)
Bəhram(Solğun çiçəklər-C.Cabbarlı)
Ədhəm xan(Nadir şah-N.Nərimanov) və s.
Dəfələrlə anası ilə eyni səhnəni paylaşan sənətkar uzun illər aktyorluqla yanaşı rejissorluqda etmişdir.
Hazırladığı tamaşalar:-Dörd ekiz haqqında nağıl(P.Pançev)
Hökmüdar və qızı(İ.Əfəndiyev)
Sehirli yaylıq(V.Qubarev)
Ana laylası(İ.Coşqun)
Məhsəti(K.Ağayeva) və s.
Sənətkar 2006-cı ildə Prezident mükafatına layiq görülmüşdür.

Hiç yorum yok:

Yorum Gönder

Pages