“Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri öncəsi Azərbaycan dövləti tərəfindən bütün namizədlərə bərabər şəkildə şərait yaradılıb, namizədlərin təşviqat proseslərini rahat şəkildə həyata keçirə bilməsi üçün bütün zəruri tədbirləri görüb. Namizədlər dövlətin bütün informasiya-telekommunikasiya resurslarından bərabərhüquqlu şəkildə yararlanmaqdadırlar. Həmçinin namizədlərin ictimaiyyətlə və seçicilərlə görüşü yüksək səviyyədə təmin edilir. Bunun nəticəsində bütün namizədlər öz seçki platformasını istədikləri şəkildə təbliğ edə və təşviqat kampaniyalarını uğurla həyata keçirməkdədirlər”. Bunu Bakmiltv.info saytının əməkdaşına açıqlamasında İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyin direktoru Mirsamir Məmmədov deyib.
Direktorun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və işğal altında olan torpaqları üzərində suverenliyini tam bərpa etdiyi üçün növbədənkənar prezident seçkiləri keçirilməsi barədə qərar qəbul edib: “Növbədənkənar prezident seçkiləri Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində keçiriləcəyi üçün‚ prezident seçkilərinin ilk olaraq baş tutması çox təqdirəlayiq qərardır”.
Hiç yorum yok:
Yorum Gönder