29 fevral səhnəmizin ilk peşəkar aktrisası Fatma Qədrinin xatirə günüdür.



Ciddi xarakterlər ustası...

 

Azərbaycan teatr səhnəsinin ilk peşəkaraktrisalarından olan Fatma Qədri yüksəksəhnə mədəniyyəti ilə örnək sayılansənətkarlar sırasında yer alır. O, ciddixarakterlərin əvəzsiz ifaçısı olmuşdur. Milliteatrımızın inkişafında Fatma xanımınxidmətləri böyükdür. Onun yaradıcı irsiböyük bir məktəbdir.

Fatma Qədir qızı Qədri 14 aprel 1907-ci ildəRusiyanın Odessa şəhərində doğulmuşdur. On dörd yaşında Bakıya gəlmiş, yeni yaradılmışBakı Dövlət Teatr Texnikumuna daxilolmuşdur. Məktəbin ilk direktoru ŞövkətMəmmədova ona analıq qayğısı göstərmiş, qismən də olsa, gündəlik ehtiyaclarını ödəmiş, yaşamağa, sevdiyi sənətə daha daruhlandırmışdır. O, burada A.Tuqanov, A.Muradov, V.Sladkonevsev və başqa zəngintəcrübəyə malik teatr xadimlərindən təhsilalmışdır. Azərbaycanda ilk professional teatrtəhsili görmüş qadın aktrisa Fatma Qədriolmuşdur. Oxumağa onda elə böyük həvəsvarmış ki, teatr məktəbilə paralel olaraq Ali Qadın Pedaqoji Institutunda da təhsilinidavam etdirmişdir. Səhnə fəaliyyətinə isə elətələbəlik illərində başlamışdı. 1926-cı ildə onuBakı Türk-İşçi Teatrına dəvət etmişlər. Oradabir çox tamaşalarda yaddaqalan obrazlaryaratmışdır. İlk əsas isü rolu 1926-cı ilin 28 noyabrında premyerası keçirilən “Şöhrətsilahları” tamaşasında Kayna olmuşdu. Sonraisə ona Aleksandr Şirvanzadənin “Marqonunkirvəsi” pyesində Nataşa surəti tapşırılmışdı.Budəfəki qəhrəmanı Parisdə mühacir həyatıyaşayan rus qadınıydı. Nataşanın mürəkkəbxarakterini canlandırmaq aktrisadan böyükenerji, istedad tələb edirdi. Fatma səhnədərəqs etməli, mahnı oxumalı, ucadan, qəhqəhəylə gülməliydi. Onun üçün elə ənçətini də sonuncuydu...

Sənətkarlardan dərs almışdı, özü də birmüddət idi ki, teatrdaydı. Əlbəttə, texnikifəndləri bilirdi. Amma nə qədər çalışırdı, Nataşa kimi gülməyi bacarmırdı. Məşq etməküçün gözdən-nəzərdən uzaq bir yer axtardığıvaxt teatr binasının zirzəmisi düşdü yadına.Zirzəmiyə çəkilib qapını bağlayır, saatlarla məşq edirdi. Gülə bilməyəndə həyatında olan məzəli hadisələri yadına salırdı. Get-gedə işlər yoluna düşürdü.

Fatma Qədri sonralar bu teatrda Əbdülhəqq Hamidin “Hind qızı” əsərində Sürujkini, Fyodor Pavlovun “Tunc heykəl” pyesində Qa-Şen rollarını oynadı. illər keçdikcə, bu teatrın səhnəsində Cəfər Cabbarlının “Sevil”ində Sevil və başqa rollara həyat verdi. 1932-ci ilin teatr mövsümündə Türk İşçi Teatrı Gəncəyəköçürüldü. Fatma çıxılmaz vəziyyətə düşdü, nə ona çox əziz olan kollektivdən ayrılıb Bakıda qala, nə də ailəsini, dostlarını, doğmalarını qoyub gedə bilirdi. Teatrın repertuarındakı tamaşaların əksəriyyətində iştirak edirdi. Ona görə də fikirləşdi ki, ona bu qədər doğma olan kollektivi çətin vəziyyətdəqoymağa haqqı yoxdur.

 

Sənət arxasınca Gəncəyə...

 

Gəncədə rütubətli, heç bir şəraiti olmayan yataqxanada yerləşdirildilər. Teatrın binası da olduqca darısqal, nəm idi. Əvvəlcə yalnız repertuarda olan tamaşaları oynadılar. Sonra Hüseyn Cavidin “Şeyx Sənan” pyesi tamaşaya qoyuldu. Fatma Qədriyə Xumar rolu tapşırıldı. Əvvəlcə isinişə bilmədiyi rolunu tərəf-müqabili Abbas Mirzə Şərifzadənin sayəsində sevdi. Tamaşaya baxış çox uğurlu keçdi. Bundan sonra “Namus” pyesi üzərində məşqlərə başladılar. Fatmaya Susanna rolu tapşırıldı.

Həmin ilin yayında isə Akademik Dram Teatrına işə dəvət olundu və təklifi qəbul etdi.

Bundan sonra müəllimi Aleksandr Tuqanovla bir yerdə işlədi. Onun quruluş verdiyi “Romeo və Cülyetta” tamaşasında Cülyettanı oynadı. Səhnədəki Romeosu Ülvi Rəcəb oldu. Necə həyəcanlı, xoşbəxt anlar idi. Elə Tuqanovun hazırladığı növbəti tamaşada - Puşkinin “Dubrovski” tamaşasında Abbas Mirzə ilə tərəf-müqabil olması da həyatının ən unudulmaz xatirəsinə çevrildi.

1938-ci ildə yaradıcılığında xüsusi yeri olan rollarından birini - Ostrovskinin “Cehizsiz qız” əsərində Larisa rolunu oynadı. Məşqlərin birində sürahi sınıb, Fatma üzüaşağı yıxıldığından, ayağı möhkəm əzilmişdi. Ancaq “Cehizsiz qız”ın ilk tamaşasının ardından Rusİşçi Teatrında əvvəlcə “İntervensiya” əsərindəJanna Barbeni oynadı. Ardınca başqa rollar gəldi. Cəfər Cabbarlının “1905-ci ildə” pyesində Sona surətinin ifası zamanı başına yenidən qəza gəldi. Tamaşanın birinci hissəsində qaçarkən büdrəyib səhnə dekorasiyasının altına yıxıldı. Onu otağına qaldırdılar. Təcili həkim çağırıldı. Sınıq olmasa da, ayağının bir tərəfi bərk əzilmişdi. Bu vəziyyətdə səhnəyə çıxmaq çətin olacaqdı. Oynadığı rolun başqa ifaçısı olmadığından, direktor təklif etdi ki, tamaşanı dayandırsınlar. Fatma razı olmadı. Özü səhnəyə çıxdı. Tamaşanın uğurlu keçməsi ona bütün əziyyətlərini unutdurdu. Onun bu cəsarəti də əvəzsiz qalmadı. Yazda Fatmanı Moskvaya yaradıcılıq ezamiyyətinə göndərdilər. Bunun ardınca teatrda səhnələşdirilən Səməd Vurğunun “Vaqif” əsərində Xuraman, “Insan”ında Amalya, Cəfər Cabbarlının “Aydın” pyesində Gültəkin olub Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Kazım Ziyakimi aktyorlarla eyni səhnəni paylaşdı...

 

Ömrün son akkordları...

 

O, heç zaman boynuna götürdüyü rolları başdansovdu hazırlayıb, necə gəldi səhnəyə çıxıb oynamadı. Tamaşaya qoyulan əsərləri dönə-dönə oxuyur, bəzən saatlarla kitabxanalarda oturur, hadisələrin cərəyan etdiyi dövrü, qəhrəmanlarının mənsub olduğu xalqın mədəniyyətini, məişətini öyrənirdi. Fatma Qədri təkcə istedadıyla deyil, həm də xanım-xatın davranışı, danışığı ilə işlədiyi bütün kollektivlərdə də göz önündəydi. Teatr aləmindəki çəkişmələrə qarışmağı öz şəxsiyyətinə sığışdırmazdı.

Fatma xanım 1933-cü ildə Gəncədən Bakıya qayıtdıqdan sonra teatr texnikumunda, 1946-cı ildən isə teatr institutunda aktyor sənətindən dərs deyib. Pedaqoji fəaliyyəti dövründə onun rəhbərlik etdiyi sinifləri onlarla istedadlı gənc bitirib. Fatma Qədri öz oyununda emosionallığı, səhnə ədəb-ərkanı, kübar davranışı və gözəlliyi ilə seçilirdi. Rus və Avropa xalqlarının mədəniyyətini dərindən bildiyinə görə müxtəlif əsrlərdə baş vermiş hadisələri tərənnüm edən tamaşalarda dövrün həm kübar, həm aşağı təbəqə davranış qaydalarına böyük məharətlə, yüksək estetik gözəlliklə nail ola bilirdi.

Fatma Qədri aktyorluq nailiyyətlərinə görə 1 fevral 1936-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 17 iyun 1943-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Həyat ona çətinliklə verdiklərini çox tez, həm də asanlıqla aldı. Həyat yoldaşını, oğlunu erkən itirdi. Fatma Qədri bu dünyada yalqız qaldı. Nə yaxın bir rəfiqəsi var idi, nə də dərdini böləcəyi dostu-sirdaşı. Əvvəllər, heç olmasa, sənət yoldaşları, pərəstişkarları var idi. Bu qədd-qamətli, yaraşıqlı, cazibədar aktrisanın səhnəyə hər çıxışı - oyunu, məlahətli səsi onları heyran qoyurdu. Amma çox zaman rol almaq, səhnəyə çıxmaq üçün haqsızlıqlara göz yumub güzəştə gedə bilməməsi Fatma Qədriyə maneələr yaradırdı. 1950-ci ilin 6 oktyabrında gündəliyinə yazmışdı: “Sentyabr ayının beşində mövsümü bağladıq. Bütün mövsüm ərzində ”Köhnə dudman"da baş hərəm yeni rolum oldu. Daha heç nə. Mövsüm maraqsız və quru keçdi...".

Ömrünün sonuna qədər səhnədən ayrılmayan aktrisa 29 fevral 1968-ci ildə Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

 

Hiç yorum yok:

Yorum Gönder

Pages