Təbrik:Tibb xidməti Mayoru Nəsib Həşimov - 47



   Dünyada zehni, fiziki əməklə bağli, bəhrə gətirən bütün peşələr şərəflidir. Lakin insan taleyinə sevinc, ömrünə yeni ömür bəxş edən həkimlik peşəsi ilahi qüdrətli yeganə müqəddəs peşədir. İnsanlar məhz bu peşə sahiblərinin əllərinin şəfasında ilahın qüvvət və qüdrətini görürlər.

     Belə hörmət  və sayğıya layiq olan öz yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı,mənəvi keyfiyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,iradı və  təşkilatçılıq bacarığı ilə   ilə seçilən,  ömrünün ən məhsuldar dövrünün 24 illk şərəfli xidmət yolunun  on beş ilini hərbi xidmətdə, doqquz  ilini isə Lənkəran Mərkəzi Rayon xəstəxanasında keçirən- ehtiyatda olan tibb xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlunun  yanvar  ayının 26-da dünyaya  göz acdığı gündür.



    Belə bir əlamətdar gün münasibətilə - ehtiyatda olan tibb xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxınları və iş yoldaşları   səmimi qəlbdən  təbrik edir, səbəbkara   həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər. Nəsib həkim    qoy yaşının üstə gələn bu yaş da  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün  isə ötən günlərdən daha gözəl istəklərinə uyğun  sizi  xoşbəxt edəcək şəkildə keçsin. 


    Tibb Xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlu  26 yanvar 1977-ci ildə  Lənkəran rayonunun Liman şəhərində  zəhmətkeş ailədə anadan olub.

 1994-ci ildə Lerik rayonun Lərmərud kənd orta məktəbi, 2000-ci ildə isə Azərbaycan Dövlət Tibb Unveristetinin  pediatriya fakultəsini bitirib.



2001-2003-ci illərdə Nüdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində briqada tibb məntəqəsində həkim-terapevt, 2003-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Lənkəran rayonlarında yerləşən hərbi hissəsində  tibb məntəqəsinin rəisi, tibb xidmət rəisi vəzifələrində xidmət edmişdir.

 2014 -cı ildən etibarən  tibb xidməti    mayoru Həşimov Nəsib Güloğlan oğlu  Lənkəran Rayon Mərkəzi xəstəxanasında peşə fəaliyyətini davam etdirir.

    Tibb xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlu  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir neçə dəfə həkimlərin təkmilləşmə İnstitutunda  müvafiq ixtisas artrma kurslarda olmuşdur, Daxili Qoşunların Bas İdarəsində isə hərbi hissələrin tibb məntəqə və tibb xidməti rəisləri ilə keçirilən metodiki -təlim toplanışlarında, hərbi   xüsusi -taktiki təlimlərdə,  seminar və konfranslarda fəal iştirak etmişdir.   Tabeliyində olan tibb personalının yetişib təkimilləşməsində öz qayğı və baçarığnı əsirgəməyən Nəsib həkimin haqqında real, həqiqət olan təmannasız, səmimi fikirləri onun gərgin peşə zəhmətinin və ləyaqətli xidmətlərinin təzahürüdür.

 Nəsib həkim Din -in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.



Azərbaycan Respublikasında ictimai qaydanın  və ictimai təhlükəsizliyin qorunmasında,   yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər və başqa  fövqaladə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

  Tibb xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlu qorxmaz, əliaçıq, insanpərvər,  saxavətli və  zəhmətkeş   hərbi həkim olmuşdur. O, istər təhsil aldıgı ali və orta təhsil müəssisələrində, istərsədə  xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum -əqraba  arasında özünə layiq hörmət qazanmışdır.

O, zabitlərlə, gizır və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, əsgər və cavuşlarla, sanitar təlimatcılarla öz ixtisası ( tibb hazırlığı) üzrə məşğələlərin, məşqlərin, metodiki-təlim toplanışların, marifləndirmə işlərinin  kecirilməsi istqamətində  üzərinə düsən vəzifə və tapşırıqların   öhdəsindən layiqincə gəlmişdir.

Ali dərəcəli Nəsib həkim, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın və hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Nəsib həkim, Daxılı Qoşunların Lənkəran rayonunda yerləşən hərbi hissəsində  xidmət ediyi illər ərzində   ona həvalə  edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək, hər bir hərbi qulluqçunun sağlamlığının keşiyində əzmlə dayanmışdir.



Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə digər  xidmətlərinə, eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə    əlacı     və  yubiley döş nişanları ilə, bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib. 

Xidmətdə fəriqləndiyinə görə  Nəsib həkim Azərbaycan Respublikası Prezıdenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə  “Qüsursuz xidmətlərə görə” 2-ci və 3-cü dərəcəli medalla, “Silahlı Qüvvələrin” isə  90-illiyi   və 95-illiyi yubiley medalları ilə təltif edilib.

   Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Nəsib  həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUNNƏSİB HƏKİM!


BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ.


 UNUTMA Kİ, HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

 BU İLİN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ » DEYƏRSƏN. 


BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİ İLƏ. XOŞBƏXT İLLƏRƏ.


 Azərbaycan Respublikasnın Silahlı Qüvvələri və    Müharibə Veteranı polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages