İnsan üçün ən yaddaqalan günlərin bsşlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.
Belə insanlardan biridə, yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradı , mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi ilə seçilən daxili işlər orqanlarında və daxili işlər nazirliyi daxili qoşunlarında şərəfli xidməti yolu keçmiş, Azərbaycan Respubilkasının Müharibə Veteranı istefda olan polkovnik- leytenant Suleymanov Rafiq Suleyman oğlunun yanvar aynın 7 -də dünyaya göz açdığı günüdür. Bu gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğomaları,əzizləri, yaxınları,iş yoldaşları -istefada olan polkovnik leytenant Rafiq Suleymanovu təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Rafiq qoy yaşın ın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə Veteranı- istefada olan polkovnik- leytenant Suleymanov Rafiq Suleyman oğlu 7 yanvar 1956-ci ildə Şərur (,indiki Kəngərli ) rayonunun Qarabağlar kəndində zəhmətkeş aidə anadan olub.
1972-ci ildə Şərur (indiki Kəngərli) rayonunun Qarabağlar kənd orta məktəbin 8-ci sinifini, 1978 -ci ildə Politexnik Texnikumunu ,1981-cü ildə SSRİ Daxili işlər nazirliyinin Ufa xüsusi milis məktəbini bitirib. Rafiq Suleymanov Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox hərbi taktiki- təlimlərdə, metodiki- təlim- toplanışlarda, seminar və konfraslarda fəal iştirak edib.
1976-1978- ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1979-1992-ci İllərdə Daxili işlər nazirliyin müvafiq strukturlarında,1993- 1997 -cu illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Müharibə Veteranı istefada olan Polkovnik- leytenant Suleynanov Rafiq Suleyman oğlu hal -hazırda Mərkəzi xüsusi rabitə idarəsində işləyir.
O,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib iştirak edərkən, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.Müharibə Veteranıdır
Rafiq Daxili Qoşunlarda və daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı zabit kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O, Daxili işlər orqanlarda və daxili qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaləda vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüs keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, xüsusi milis məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, “Əla xidmətə görə” əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişan ları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAFİQ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder