Peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyətilə, dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən cox şərəfli xidməti yolunu yolunu hərbi xidmətdə keirmiş- müharibə veteranı mayor Mirzəyev Zaur Xasay oğlunun yanvar ayının 5-də dünyaya göz acdığı gündür.
Bu gün münasibətilə istefa da olan mayor Zaur Xasay oğlu Mirzəyevi doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkaa həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib,deyirlər Zaur qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mirzəyev Zaur Xasay oğlu 1963-cü ildə Ağdam rayonunun Papravənd kəndində zəhmətkeş ailədə anadan olub.
1980-ci i ildə 5 nömrəli Kimya Biologiya təmayüllü məktəbi, 1990-cı Latviya Respublikasının Riqa şəhərində Ali hərbi siyası məktəbi bitirib .Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki təlim- toplanışlarda,hərbi xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib
1991-ci ilin oktyabr ayından 1992-ci ilin aprel ayına kimi Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şirin Mirzəyevin Ağdam rayonunuda yaratdığı könüllülər Əlahiddə taborunda müxtəlif vəzifələrdə xidmət edib.
1992 may ayından 2001-ci ilin dekabr ayının sonunadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə, Füzilli, Xətai rayonlarında yerləşən hərbi hissələrdə tank böluk komandirinin müavini, tank böluk komandiri, avtomobil və zirehli texnika xidmətin rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Daxili Qoşunların Bas İdarəsində isə avtomobil və zirehli texnika şöbəsində baş zabit vəzifələrində, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdərə,Ağdam, Füzuli rayonları istiqamətdə ) gedən döyüşlərdə iştirak edib.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümnə olmuşdur.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə
ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində iğtşaşların qarşısının alınmasında, fövqaladə vəziyət zamanı hüquqi rejimin tədbirlərin həyata keçirilməsində , dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüs keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə "Əla xidmətlərə görə"əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla xidmətlərə, təlimlərdə, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqlənməyə, şücaət və fədakarlıq göstərdiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından müvafiq medallarla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN! ZAUR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Vətən Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder