Təbrik:Mayor Xaləddin Qasımov-63



   

Daimi həyatın bütün  sınaqlarından alınıaçıq və üzüağ çıxan istefada  olan mayor Qasımov Xaləddin Heybət oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm  cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,  Xaləddin qoy yaşının üstə gələn bu yaş da  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni gününüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun  sizi xoşbəxt edəcək şəkildə keçsin.

 

İstefada olan mayor Qasımov Xaləddin Heybət oğlu  11 yanvar 1961-ci ildə Xaçmaz rayonuun Moruq-Oba  kəndində  zəhmətkeş  ailədə anadan olub.

      

1977-ci ildə Xaçmaz rayonuun   Ləcət kənd orta məktəbi,1978-ci ildə Bakı şəhər Peşə liseyini,  1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu ,1999-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Baş İdarəsinin doyuş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim və tədris  mərkəzində  zabitlərin ixtisas artırma kursunu bitrib.O,Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində  keçirilən bir çox metodiki təlim- toplanışlarda, hərbi xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


1979-1991-ci ilərdə Sovet ordusunun Tükmənistan Respublikasının Krasnovodski şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.


1981-1983-cü illərdə Bakı Məişət Kondisioner zavodunda  xarrat,   1988-1997-ci ilərdə Xaçmaz şəhəri 3  nömrəli  tam orta məktəbdə müəllim, 1997-1998- ci illərdə  Müdafiə Nazirliyinin Çəmşid Naxçıvanski adına hərbi liseyində taqım komandiri vəzifəsində işləyib.

  

1998-2014 -cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Quba (Yalama qəsəbəsində), Binəqədi,  Xəzər rayonlarında, Gənçə və Lənkəran şəhərlərində yerləşən hərbi hissədə və ali hərbi məktəbdə,bölük komandirinin müavinini,bölük komandiri, fiziki hazırlıq və idman rəisi,  idman kafedrasında müəllim   vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir..

        

2016-cı ildən etibarən Xaləddin Qasımov  Dövlət Sərhəd Xidməti Akademiyasının idman kafedrasında idman müəllim işləyir.

  O,Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nüminə olmuşdur.

     

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, 

Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamələrinin və digər hüquqi- normativ aktların  tələblərinin, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

ruhlandırmışdır.

   

Xaləddin Qasımov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvalə olunmuş vəzifə və tapşırıqların  yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqərində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

      

 Daxili Qoşunların Baş idarəsinin  hərbi hisələrində İdman və fiziki hazırlıq rəisi vəzifələrində  xidmət etdiyi illər ərzində taborda və əlahiddə bölmələrdə keçiirlən,yekun və nəzarət yoxlama eləcədə məqsədli  qurupların üzvü və kiçik zabitlərin  şərəf məhkəməsinin sədri olduğu müddətdə üzərinə düşən  vəzifə və tapşırıqlar layiqincə yerinə yetirmişdir. 

         

Öz hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və digər xidmətlərinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın,onun müavinlərinin,Çəmşid  Naxçıvanski adına  hərbi lisey  rəisinin, Sərhəd Qoşunların akademiya rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi nisanları ilə təltif olunub, bir cox  fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     

Döyüş (komandir) hazırlığındakı "əla xidmətlərə görə" təlimlərdə,döyüş nöbəsində, döyüş xidmətində xidmətində xüsusi fərqlənməyə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından  

"Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli, "Silahlı Qüvvələrin" isə  10 iliyi, 90- illiyi və 95-iliyi yubiley  medalları ilə təltif edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. XALƏDDİN MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.


 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages