Təbrik:Mayor Famil Nəsibov-66




Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti  və xüsusi xidmətləri olan -Silahlı Qüvvələr və Müharibə Veteranı-istefada olan mayor Nəsibov Famil Dövlətxan oğlunun 5 yanvar dünyaya göz açdığı gündür. 


Ömrünün gününü  Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə oğlanlardan biri də Vətən təəssübü çəkən 1992-2003-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  şəxsi heyətlə iş şöbəsində klub rəisi, Daxili Qoşunların Baş İdarəsinin döyuş hazırlığı  idarəsinin  Mühəndis xidmətində zabit,  Baş İdarənin Qərargahının mühəndis  şöbəsində isə zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmiş mayor  Famil Nəsibovu Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri ,yaxınları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir,ona cansağlığı və uzun ömür arzulayırlar.


Mayor Nəsibov Famil Dövlətxan oğlu  1958-ci illin  yanvar ayının 5-də Kürdəmir rayonun Çöhranı kəndində zəhmətkeş ailədə anadan olub.1975  -ci ildə Kürdəmir rayonun  Çöhranlı kənd orta məktəbi, 1979 -ci ildə   isə   Sovet ordusunda gizirlər   məktəbini bitirib.


O,1976-1978-ci il lərdə Sovet ordusunun  Macarıstanda yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1978-1991-ci illərdə Sovet Ordusunun  Gürcüstanda,Əfqanıstanda,Özbəkistanda,Celiyabinski şəhərində  yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə calışmışdır.


Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək  fəaliyyət göstəricilərinin əldə edilməsində Famil Nəsibov  öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir. 


Nəsibov  Famil Dövlətxan oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamələrin tələblərinin,  əmir və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabecliyində olanlara və  bir cox hərbi qulluqçulara  şəxsi nümunə olmuşdur.


Qanunverciliklə müəyyən olunmuş  qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda, silahlı dəstələrin zərərsizləşdirilməsində,  yaşayış məntəqələrində  (cəza- çəkmə müəsələrində) kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə  hallar (fövqaladə vəziyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyü (Ağdam,Ağdərə və Füzuli rayonları) uğrunda gedən döyüşlərdə ona  həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Əfqanıstan Demokratik Respubilkasının və Azərbaycan  Respubilkasının  müharibə veteranıdır.




Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, SSRİ Müdafiə Nazirinin, Daxili işlər nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,İdarə,şöbə rəisinin, dairə, diviziya  və hərbi hissə komandirinin,  müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanı ilə təltif olunub,bir cox,diplomlarla,  fəxri fərmanlarla, qiymətli  hədiyələrlə mükafatlandırlıb,ona təşəkkur elan edilib  və  aşağıdakı medallarla təltif olunub:


1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


2.."Qusursuz  xidmətə görə" 2 -ci dərəcəli  medal-Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;


3.”Qusursuz xidmətə görə”  3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin10 illiyi (1991-2001) yubiley  medalı ilə;


5.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;


6.”Silahlı Qüvvələr Veteranı”  medalı ilə;


7.”Əfqanıstan  Müharibə Veteranı İştirakcısı” medalı ilə;


8.”Beynəlmiləçi döyüşcü” medalı ilə.

Doğum günün mübarək olsun Famil 100 yaşa sağlam yaşa.



   Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və  Müharibə  Veteranı     

polkovnik  Musayev Salman  Calal oğlu.




Hiç yorum yok:

Yorum Gönder

Pages