Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi ,işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi,sadəliyi və səmimiyyəti eləcə də təvazökarlığı ilə seçilən, ömürün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş İkinci qrup müharibə əlili ehtiyatda olan kapitan Samir Məmmədzadənin yanvar ayının 7-də 57 yaşının tamam olması münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi,Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Samir qoy yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin,
hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Məmmədzadə Samir Ədalət oğlu 7 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984 -cü ildə Bakı şəhərində 176 nömrəli tam orta məktəbi, 1989-cu ildə Voronej şəhərində Texniki Ünverstetinin hərbi təynatlı radioelektron qurğuların layihələndirilməsi fakultəsini bitrib. 1989 -1991-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin XTMD rabitə xidmət rəisi vəzifəsində, 1992-ci ildən 1996-ci ilə kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin konvoy alayında rabitə rəisi, Daxili Qoşunların Bas İdarəsinin Binəqədi, Xəzər və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə və əlahiddə tədris taborunda böluk komandiri və tabor komandirinin müavinini vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.Azərbaycan Respublikasının ərazi bütövlüyü ( Xocalı və Ağdam rayonunları,Xanlar rayonun çay kəndi ,Goranboy rayonunun Erkəc ,Mənəşud və Buzuluğu kəndləri) uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. O,44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusununa dəstək olduğuna görə Müdafiə Nazirliyinin rəhbərliyi və döyüş bölgələrində yerləşən hərbi hissə komandirləri tərəfindən Fəxri fərmanla təltif edilib.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.SAMİR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder