Təbrik: Təyyar Eminov -60




İnsan üçün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Yaşının üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də  daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan  Azərbaycan  Vətən Müharibəsi  Veteranları   (AVMVİB- nin)  ıctimai  Birliyi İctimai  Birliyin  Qubadlı rayon  şöbəsinin sədri Təyyar Vahid  oğluu  Eminovdur.  Yanvar ayının 14-də onun  60 yaşı tamam olur. Belə bir əlamətdar gün münasibətilə xalqına  və torpağına  bağlı gözəl insan, yaxşı ailə başcısı Eminov  Təyyar Vahid oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  rəhbərliyi səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər,Təyyar  qoy  yaşının üstə gələn bu yaş  da sizə 

Sevinc dölü günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt  edəcək şəkildə keçsin.

    

 Eminov Təyyar Vahid oğlu 14 yanvar 1964-cü ildə Qubadlı rayonunun Mahmudlu  kəndində zəhmətkeş  ailədə anadan olub.

     O, 1981- ci ildə  Qubadlı rayonunun Qara İlyasov adına orta məktəbi, 1993-cü ildə Azərbaycan İnşaat  Mühəndisləri İnstitutunu bitrib.

      1982- 1984-cü ildə Sovet Ordusunun Ukrayna Respublikas ında yerləşən hərbi hissələrində  müddətli həqiqi hərbi xidmətdə olub.


Vətnmizin aslan ürəkli övladı könüllü olaraq  1991 -ci ildə Milli Orduya yazlmışdır.  1991-1993-cü illərdə Azərbaycan Ordusun un döyüş bölgələrində yerləşən hərbi hissələrində taqım komandirinin müavini və komendant  vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.     O,Azərbaycanin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək  ağır yaralanmışdır.

     Təyyar Vahid oğlu Eminov 1990-1991-ci illərdə Qubadlı rayonun təmir- tikinti idarəsində mühəndis vəzifəsində işləyib. 1994-cü ildən etibarən Təyyar Vahid oğlu Eminov Qubadlı rayon İcra Hakimiyyətində  müvafiq  vəzifələrdə calışır. Təyyar Eminov 2004-cü ildən etibarən  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Qubadlı rayon şöbəsinin sədri vəzifəsindədir.

      Təyyar Eminov, Qubadlı rayon İcra hakimiyyətində və Azərbaycan Vətən Müharibəsi Veteranla rı İctimai  Birliyinndə işlədiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, eləcədə ona  həvalə edilmiş  vəzifə və tapşırıqların yerinə yetirilməsinə  məsuliyyət və şərəf  hissi ilə yanaşmışdır.

 Eminov Təyyar Vahid   oğlu  Azərbaycan Ordusunuda xidmət etdiyi, Qubadlı rayonun İcra Hakimiyyətində  və Avmvib-nın Qubadlı rayonun şöbəsində  sədir işlədiyi müddət ərzində xüsusi fəriqləndiyinə görə Midafiə Nazirinin,   Azərbaycan Ordusun un Baş qərargah rəisinin,Qubatlı Rayon İcra Hakimiyyətinin Başçısının, Korpus və  Hərbi hissə komandir  lərinin əmirləri ilə  AVMVİB — nin isə  İdarə heyətinin qərarı ilə  bir sıra medalarla, müvafiq döş nişanları  təltif edilib, bir cox  fəxrı fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!




 

Hiç yorum yok:

Yorum Gönder

Pages