Təbrik: Tibb xidməti polkovnik-leytenatı Malik Balayev-54




Yüksək peşəkarlığı,sadəliyi, humanistliyi, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyivə səmi miyyəti ilə  seçilən,  ömrünün  ən məhsuldar dövrünün  31 ildən çox şərəfli xidmət yolunu həqiqi hərbi xidmətdə keçirən, müharibə veteranı tibb xidməti polkovniki-leytenantı Balayev Malik Beriya oğlunun 7 yanvar  dünyaya göz açdığı gündür.

Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan  zabitləri,əzizləri,doğmaları, iş və döyüşcü yoldaşları Balayev Malik Beriya oğlunu doğum günü münasibətilə səmimi qəlbdən  təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,ailə səadəti  və həyat yollarinda bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər.Malik həkim qoy yaşının üstə gələn bu yaş da  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 

    Müharibə Veteranı tibb xidməti polkovniki-leytenantı Balayev Malik Beriya oğlu 07 yanvar  1970 -ci ildə Tərtər rayonunun Qaradağlı kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.

  

1987-ci il də Tərtər rayonunun Qaradağlı  kənd orta məktəbində təhsilini  başa vuraraq Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxilolmuş, 1994-cü ildə  həmin Ünversiteti bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Ölkəmizdə və xarici ölkələrdə həkimlərin təkmilləşmə İnstitutunda   və digər təhsil müəsissələrində müvafiq ixtisasartırma kurslarda olub, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  keçirliən bir cox metodiki təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib. O,Ünversitetdə  təhsil alan zaman Azərbaycan Ordusunun  N- saylı hərbi hissənin tərkibində tibb bölməsi ilə birgə  Ağdərə və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifələrin və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     Aranızəmin, Pircamal, Naxçıvanik  istiqamətində düşmən hücumlarının qarşısının alınmasından başlayan döyüş yolu Ağdərənin və Ağdamın əksər kəndlərinin müdafiəsi və azad edilməsi ilə başa çatmışdır. Döyüşçülərin sağlığlamlığının təmin edilməsində öz bilik və baçarığnı əsigəmədən əldə silah qanlı savaş meydanlarında olmuşdur.O döyüşçülərimizin əldə etdiyi qələbələrə hədsiz sevinməklə yanaşı, düçar olduğumuz uğursuzluqlara ürək yanğısı  ilə açımışdır. Döyüş mövqelərində olduğu ,Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində isə   xidmət etdiyi illər ərzində     saysız- hesabsız  yaralılara ilkin tibb yardımın göstərilməsində, ambulator və stasionar müalicəyə  ehtiyacı olan  hərbi qulluqçuların müalicə olunub sıraya dönməsində Müharibə Veteranı tibb xidməti polkovnik leytenantı   Malik Beriya oğlu Balayevin xalqımız  qarşısında layiqli xidmətləri olmuşdur.

     İnsan sağlamlığını, insan həyatını  bütün dəyərlərindən üstün tütaraq, bu müqəddəs amal uğrunda o,hələ tələbə ikən peşəsinin pərvanəsinə dönmüşdür. Xəstələrin  və yarlıların müalicə olunmasında yüksək keyfiyyət nəticəsinə yiyələnə bilmişdir.

      Tibb Xidməti polkovnik- leytenantı Balayev Malik Beriya oğlu, 1988-1989- cu illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub,  1994 -2015 -ci ilərdə isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Qaradağ və Binəqədi rayonunlarında yerləşən hərbi hissədə və hərbi hospitalinda  həkim - diotoloq, tibb məntəqə rəisi,tibb xidməti rəisi, Daxili Qoşunların Bas İdarəsində  isə  Tibb Xidməti (şöbə səlahəyətli) rəisinin  müavini  vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. O, "Hərbı xidmətkeçmə haqqında" əsasnamənin  156-cı madəsinin "v" bədinə  müafiq olaraq  (xəstəliyə görə) həqqi hərbi xidmətdən ehtiyata buraxılıb.Hal-hazırda Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında işləyir.

     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi nizamələrin və hərbi adın tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların  yerinə yetirilməsində  tabeçiliyində olanlar üçün şəxsi  nümunə olmuş, Hippokrat andına  isə həmişə sadiq qalmışdır.

     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     O,Azərbaycan Respublikasında ictimai asayişin və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlə rə görə əlacı və yubiley döş nişanla rı ilə təltif edilib, bir cox  fərman larla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    

Ona həvalə edilmiş vəzifə və tapşırıqların  yerinə yetirilməsində xüsusi fəriqləndiyinə Daxili İşlər Nazirinin, Daxili Qoşunların  Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə "Qusrsuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, "Silahlı Qüvvələrin isə 10-iliyi, 90-illiyi, və 95-iliyi yubiley  medalları ilə təltif olunub.

    

Din-in Daxili Qoşunların Baş İdarəsi tərəfindən hər il,  hərbi hissələrdə keçirilən təftiş,ümumi, yekun, qəfləti yoxlamaların nəticələrinə görə Malik Beriya oğlu Balayevin rəhbərlik etdiyi tibb xidməti  Daxili Qoşunların  hərbi  hisələrində arasında həmişə birinci yeri tutmuşdur.

   Azərbaycan Respublikasının Prezıdentının  11 mart  12015 -ci il tarixli 1027 saylı

sərəncamına əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının 23 -cü il dönümü ılə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin edilməsində iştirak edərkən, döyüş zamanı igidlik göstərdiyinə və xidmət vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə "Hərbi xidmətə görə" medalı ilə təltif olunub.

    

Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Malik həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN .MALİK  HƏKİM!


GÜNƏŞ QƏDƏR İSTİ...QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ... AD GÜNÜN MÜBARƏK OLSUN...


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Və Müharibə Veteranı  polkovnik Salman Musayev















Hiç yorum yok:

Yorum Gönder

Pages