Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-oba əziz tutulmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsada bir o qədər də şərəflidir. Xalqımın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların etimadını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Şərəfli ömür yolu kecmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və qayğıkeş həkim kiçikdən-böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış, dürüst, vətənpərvər, gözəl insan və əlləri qızıl olan, ehtiyatda olan tibb xidməti mayoru Əliyev Şahin Yusif oğlunun yanvar ayının 20- də 48 yaşı tamam oldu.
Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında tibb xidməti sahəsində öz dəst -xətti olan, daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan tibb xidməti mayoru Şahin Əliyevi belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları,yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Şahin həkim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Yüksək peşəkarlığı ,dərin zəkası,gözəl nitq qabiliyyəti və səmiyyəti ilə seçilən,həmişə müasir müalicə üsullarına can atan həkim- tibb xidməti mayoru Əliyev Şahin Yusif oğlu 1976 -ci ilin yanvar ayının 20 -də Cəlilabad rayonunda zəhmətkeş ailədə anadan olub.1993-cü ildə Bakı şəhərində kimya və biologiya liseyini,1999-cü ildə Azərbaycan Dövlət Tibb Unveristetini bitrib.1999- 2000- ci illərdə Musa Nağıyev adına 1 saylı xəstəxanada İnternatura kecmişdir. Əziz Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmilləşmə institutunda müvafiq kurslarda olub. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində (hərbi hospitalında) kecirlən bir cox bir çox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, semnar və konfranslarda fəal iştirak edib.
2000-2004-cü illərdə Müdafiə Nazirliyin N saylı ƏTT STQ-da anestezioloq-reanimatoloq vəzifəsində olmuşdur.2004-2021-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Gəncə şəhərində, Hacıqabul və Lənkaran rayonlarında yerləşən hərbi hissələrində terapevt, tibb məntəqəsinin rəsi və tibb xidmət rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Səmərəli fəaliyyəti, təşkilatçlıq bacarığı, yüksək intellektual səviyyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən,sadə,mehriban, təvazökar, gözəl insan Şahin həkimi,hərbi və həkim yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən olunmuş qaydada, şəhərdə,yaşayış məntəqələrində,kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə kütləvi iğtişaşların qarşısının alınmasında, qəzaların bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin və başqa fövqalədə hallar (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları Şahin həkim məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara (həkimlərə),Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən Şahin həkim o, anda sona qədər sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəeqləndiyinə görə Daxili işlər nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub , bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2..”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə 3 -cü dərəcəli medalı - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918 -2013)” yubiley medalı ilə;
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞAHİN HƏKIM .
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respibilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder