Təbrik: Tibb xidməti mayoru Namiq Yüzbəyov — 71




Daxili işlər nazirliyi  (Din-in) Daxili Qoşunların həyatında  tibb xidməti sahəsində öz dəsti — xətti olan, yüksək peşəkarlığı,  humanistliyi, sadəliyi dəqiqliyi,  təmkinliyi,    səmimiyyəti, mənəvi -iş keyfiyyətləri seçilən ömrünün ən məhsuldar  dövrünün 38 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və DİO -da   keçirmiş   Silahlı Qüvvələr və Müharibə Veteranı istefada  olan tibb xidməti  polkovnik-  leytenatı Namiq   Əbdulfəttah oğlu Yüzbəyovun yanvar ayinın 14 -də   71 yaşı tamam olur.


       Daimi həyatın bütün imtahanların dan   alınıaçıq,  üzüağ çıxan tibb xidməti polkovnik leytenantı  Namiq  Yüzbəyovu belə bir     əlamətdar    gün       münasibət ilə  Daxili Qoşunların ehtiyatda və istefa da olan   zabitləri,    doğmaları, əzizləri, iş və döyüşçü  yoldaşları  səmimi qəlvdən təbrik edir, səbəbkara     həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib – tükənməyən nailiyyətlər arzulayir. Arzu edirik,   Namiq həkimin yaşının üstə gələn bu yaş da   ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən əllərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin

     

Həmişə müqəddəs peşəsinə layıq, yüksək  iş qabiliyyətləri ilə fəriqlənən cəfakeş həkimlrəimizdən biri olan Silahlı Qüvvələr və Müharibə Veteranı istefada  olan tibb xidməti  polkovnik-  leytenantı Yüzbəyov Namiq Əbdülfəttah oğlu 14 yanvar 1953-cü ildə Qusar rayonunda zəhmətkeş ailədə dünyaya göz açıb.

      O,1970-ci ildə Baki şəhərində orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə — profilaktika fakultəsini,DİN-in islah -əmək müəssələrin də  və Daxili Qoşunlarda   xidmət etdiyi illər ərzində isə həkimlərin təkmilləşmə institutu nu müvəffəqiyyətlə    bitrib.    Namiq həkim, DİN-in Daxili Qoşunların Baş İdarəsində   keç irilən bir çox  metodiki —     təlim toplanışlar rda, seminar    və   konfranslarda   fəal iştirak edib .

        O,ali təhsilini başa    vurduqdan sonra təynatla Baykal -Amur magistralında  həkim kimi çalışıb.   1979-cu ildə     doğma    Vətənə qayıdıb.    SSRİ     -nin     Zaqafqaziya    hərbi dairəsinin    Bakıdakı    hospitalında həkim-ordinator vəzifəsində xidmətə başlayıb.

      1989- 1993 -cü illərdə   baş--  leytenat  rütbəsində DİN-in islah əmək (cəzaçəkmə ) müəssəsinin    mərkəzi    xəstəxanasında cərrah- ordinator kimi xidmətini davam etdirib.

    Namiq həkim 1993-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili     Qoşunların Nərimanov  və Qaradağ rayonlarında yerləşən hərbi hissəsin də (hərbi hospitalında) 2-ci cərrahiyyə şöbəsin rəisi, hərbi hissə komandirinin (hospial rəisinin) müalicə işlər üzrə müavini, DİN-in Daxili Qoşunların Baş İdarəsinin tibb xidmət rəisinin müavini (baş zabit) vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

      1993-cü ilin  may ayından başlayaraq, atəşkəs dövrünə qədər vaxtaşarı ön cəbhəyə ezamiyyətə gedən Namiq həkim hərbi səhra lazaretində müalicə olunan yaralıları ölümün pəncəsindən xilas edib. Döyüşlərin ağır məqamlarında düşmən güləsinin və mərmisinin təsirindən yaralanmış yüzlərlə döyüşcülərin  həyata qaytarılmasında onun misilsiz  əməyi danılmazdır.     

Peşəkarlığı ilə seçilən ali dərəcəli   Namiq həkimin travma tologiya sahəsində   (əldə etdiyi) topladığı zəngin təcürbəni və biliyini        bi  cox     hərbi həkimlərdən əsirgəməyib, onların peşəkar yetişməsinə həsr edib Namiq həkim xüsusən ezamiyyətdən qayıtd ıqdan sonrada, hərbi hospitalda  fəaliyyətini davam etdirərkən, cəbhə xəttində əl-ayağını itirmiş xəstələrin vəziyyətinin ağırlaşması  ilə əlaqədar  onların yenidən ampulatasiya (kəsilmə) Əməliyyatnı uğurla yerinə yetirərək, ölum hadisəsinin qarşısını  öz  səmimi davranışı ilə ala bilmişdir.

    Öz davranışı,insan  qayğısı ilə xəstələrin yaralarına məlhəm qoyan Namiq həkim onu tanıyanların nəzərində insanlığın  fövqünə yüksəlibdir. Dövlətmiz, xalqmız qarşısındakı xidmət ləri  DİN- in tibb   idarəsinin komissiyası tərəfindən yüksək qiymətləndirilərək,ona ali dərəcəli travmato loq adı verilmişdir.

  Müstəqil dövlətmizin etimatını şərəflə doğruldan polkovnik leytenant Yüzbəyov Namiq Əbdülfəttah  oğlunun xalqmız qarşısındakı müqəddəs əməlləri və xeyirxah işləri yetişməkdə  olan gənc nəsilmiz üçün yenilməz nümunədir.

   Namiq həkim  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respubli kasının Konstitusiyas ına və qanunlarına əməl etməkdə, hərbi nizamnamələrin və hərbi adın tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların  yerinə yetirilməsində  tabeçi liyində olanlar üçün şəxsi  nümunə olmuş, Hippokrat andına  isə həmişə sadiq qalmışdır.

     İstefada olan tibb xidməti  polkovnik leytenantı Yüzbəyov Namiq Abdülfəttah oğlu DİN-in Daxili Qoşunlar da xidmət etdiyi illər ərzində  özünü qorxmaz, səxavətli, əliaçıq,  insanpərvər zabit ( təcrübəli cərrah  həkim ) kimi göstərmişdir. O, istər yaşadığı  və anadan olduğu ərazidə, istərsə də təhsil aldıgı təhsil müəssisələrində, qohum -əqrəba, dost-tanış arasında, işlədiyi və xidmət etdiyi kollektiv arasın da özünə layiq böyuk hörmət qazanmışdır.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək  göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin, hospital rəisinin müvafiq əmrləri ilə “Əla Xidmətlərə Görə” əlacı  və yubiley döş     nisanları ilə, bir cox  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  İstefada olan tibb xidməti polkovnik leytenantı Yüzbaşıyev   Natiq Əbdülfəttah oğlu  Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorun masnda, yaşayış məntəqələrində və cəza çəkmə       müəssisələrində     kütləvi iğtişaşların    qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin    təmin    olunmasın da,  dövlətin ərazi bütövlüyünün təmin edil məsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

   Namiq  həkimə həvalə edilmiş vəzifə və tapşırıqların ın şərəflə yerinə yetirilməsin də  xüsusi fəriqləndiyinə görə tibb xidməti polkovnik  - leytenantı Namiq     Yüzbəyov Silahlı Qüvvələr Veteranı, Qüsursuz xidmətə görə 1-ci,   2-ci və   3-cü dərəcəli,  Silahlı Qüvvələrin   isə 10-iliyi,90-iliyi və 95-iliyi yubiley medalları ilə təltif olunub.

  Azərbaycan Respub  likasının Prezidentinin 11 mart 2008-ci il  tarixli 2727 saylı sərəncamına əsən  Azərbaycan  Respub likasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «Hərbi Xidmətlərə  Görə medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAMİQ. HƏKİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


 Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri     və     Müharibə Vereranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages