Təbrik: Tibb xidməti kapitanı Ceyhun Mustafayev -54



Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların və Azərbaycan Ordusunun həyatında tibb xidməti sahəsində  öz dəst- xətti  və xüsusi xudmətləri olan, yüksək peşəkarlığı ,   humanistliyi,işgüzarlığı,dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, iradi, vətənpərvərliyi və  mənəvi    keyfiyyəti     ilə seçilən,  ali  dərəcəli həkim,  müharibə veteranı -  ehtiyatda   olan        tibb xidməti  kapitanı   Mustafayev Ceyhun      Məmməd oğlunun fevral   ayının 1- də  dünyaya göz acdığı gündür

   

  Daimi həyatın bütün sınaqlarından   alnıaçıq   və  üzüağ    çıxan,     ehtiyatda  olan  tibb    xidməti       kapitanı  Mustafayev Ceyhun  Məmməd  oğlunu doğum günü münasibətilə,        Daxili         Qoşunların  ehtiyatda və    istefada   olan    zabitləri, doğmaları,əzizləri, iş yoldaşlar  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan   möhkəm can sağlığı və    həyat     yollarında   bitib tükənməyən      nailiyyətlər    arzu edib deyirlər,Ceyhun       həkim  qoy  yaşınızın    üstə gələn bu yaş da      sizə  sevincdolu günlər bəxş etsin,  hər yeni iliniz  isə         ötən illərdən    daha gözəl istəklərinə uyğun sizi      xoşbəxt edəcək şəkildə keçsin.

    

Ali   dərəcəli    peşəkar həkim , tibb xidməti kapitanı Mustafayev Ceyhun  Məmməd      oğlu  1970 -ci ilin fevral ayının   1- də   Gəncə şəhərində   zəhmətkeş ailədə anadan olub.    

  1986-cı ildə Gəncə şəhərində  6 nömrəli  tam orta məktəbi,  1992-ci ildə     Azərbaycan    Tibb Universitetinin Stomatologiya fakultəsini bitirib .Ceyhun   həkim Azərbaycan Ordusunda  və  Daxili     Qoşunlarda     xidmət etdiyi illər   ərzində    bir     neçə    dəfə      həkimlərin təkmilləşmə   İnstitutunda  ixtisasartırma  kurslarında olub. Daxili     Qoşunların Baş İdarəsində və hərbi hissələrində  keçirilən  bir cox metodiki-   təlim    toplanışlarda,  hərbi  xüsusi taktiki   təlimlərdə, komanda- qərargah məşqlərində müvafiq seminarlarda və konferanslarda     fəal iştirak etmişdir.

Təcürbəli  və zəhmətkeş  Ceyhun  həkim  1992   -  1997   -ci    illərdə  Azərbaycan  Ordusunun Ağdərə, Ağdam  və Bakı şəhərində yerləşən hərbi hissələrində hərbi Səyyar  Stomatologiya bölməsinin rəisi vəzifələrində  calışıb.

1997- 2006 -cı  illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş        İdarəsinin  Gəncə şəhərində  yerləşən hərbi hissədə həkim stomatoloq  vəzifəsində Vətənə və     xalqa sədaqətlə        xidmət edib.Ceyhun həkim  hal  -hazırda   Gəncə     şəhərində       öz   sahəsi     üzrə  həkim  vəzifəsində işləyir.

    Vətən qarşısında xidmətləri      olan    ali dərəcəli Ceyhun    həkim Azərbaycan Respublikasının     Konstitusiyasına    və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetir ilməsində üzərinə düşən vəzifə və     tapşırıqların yerinə yetirilməsində bır çox hərbi qulluqçulara və hərbi  həkimlərə  şəxsi nü munə olmuşdur. Hippokrat andı içən  Ceyhun  həkim  həmişə həkim andına sadiq qalaraq, ona həvalə edilmiş  vəzifə və tapşırı qların      öhdəsindən lay iqincə gəlmişdir.

    Ceyhun   həkim   qorxmaz, səxavətli, əliaçıq və zəhmətkeş həkimdir. O,     harda işləməsindən asılı olmayaraq  istər oxuduğu və   təhsil aldığı təhsil müəssisələrində, ist-ərsə yaşadığı      ərazidə, qohum- əqraba arasında, istərsədə      işlədiyi və xidmət etdiyi    mühütdə,   dost- tanış  arasında özünə layiq hörmət qazanmışdır.

 O,Daxili Qoşunlarda və Azərbaycan Ordusunda  xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl       ailə və   məktəb tərbiyəsi     ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.

 Tibb  xidməti kapitanı    Ceyhun Mustafayev    cox dəyərli bir    həkimdir. Bu gün ki gün də   həkim cəmiyyətin qabaqda gedən, sayılıb- seçilən zəhmətkeş, insanpərvər   həkimlərdən, xeyirxah insanlardan  biridir. O,  bu səviyyəyə öz gücü, bacarığı,təcürbəsi çalışqanlığı, təşkilatçılıq bacarığı, şəxsi intizamı səviyyəsində ucalıb.

  Ceyhun  həkim hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulma dan mübarizə    apararaq     daim  qələbə qazanmışdır. Bu   həkim  ücün  ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O,harada işləməsinə ,xidmət etməsinə  baxmayaraq, öz xidməti vəzifələrini layiqincə yerinə yetirm iş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial  mövqe tutmuşdur, buna görə də hec      kəsin qarşısında    gözü-kölgəli  və borclu qalmamışdır. Bütün bunlara görə  Mustafayev Ceyhun Məmməd        oğlu     həmişə   ləyaqətinin, şərəfinin, şəxsiyyətinin, işgüzar   fəaliyyətinin  toxunmazlığını   və nüfuzunu qorumuş, vüqarını daima  yüksək saxlayaraq, alnı açıq  və başı uca gəzmidir.

Qanunvericiliklə müəyyən olunmuş qaydada  şəhərdə, yaşayış məntəqələrində  və   kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaların qarşısının alınmasında,mütəşəkil cinayətkarlığa  qarşı mübarizədə,  qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər və başqa fövqaladə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyu uğrunda (Ağdam, Ağdərə  və digər rayonları istiqamətində ) gedən döyüşlərdə  Ceyhun həkim   üzərinə düşən  vəzifə və tapşırıqların öhtəsindən   layıqincə gəlmişdir.

Öz     xidməti  vəzifə borclarının    yerinə yetirilməsində    xüsusi       fəriqləndiyinə       görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların   Komandanın və onun       müavinlərinin,korpus  və   hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley  doşnişanları ilə təltif olunub,bir cox  fərmanlarla, qiymətli        hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 

 Müharibə Veteranı  Ceyhun həkim  öz vəzifə borclarının  və  hərbi hissə qarşısında  qoyulmuş tapşırıqların       yerinə     yetirilməsində xüsusi   fəriqləndiyinə və digər  xidmətlərinə görə     Azərbaycan      Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin      müvafiq     əmrləri ilə aşağıdakı medallarla təltif edilib:

1. “Qüsursuz     xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə; 

2. “Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001)” yubiley  medalı ilə.


   

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  CEYHUN HƏKİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages