İnsan üçün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.Belə bir insanlardan biri də yüksək peşəkarlıq və hümanistliyi ilə,nəzəri və praktiki biliyi ilə ,işgüzarlığı və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə ,sadəliyi və səmimiyyəti ilə,təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 28 ildən çox şərəfli xidməti yolunu Daxılı İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş ehtiyatda olan polkovnik leytenant- Quliyev Elvin Nəriman oğludur.Yanvar ayının 13 -də onun 54 -yaşı tamam olur.
Daimi həyatın bütün imkanlarından alınıaçıq, üzüağ çıxan polkovnik- leytenant Quliyev Elvin Nəriman oğlunu belə əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi (Din-in ) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,, doğmaları,əzizləri, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti, həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Elvinin qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin.
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant Quluyev Elvin Nəriman oğlu 13 yanvar 1970-ci ildə Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1977-ci ildə orta məktəbi, 1993- ci ildə Vladikafqaz şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Komandanlıq məktəbini bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Vətənmizdə və xarici ölkələrdə müvafiq ixtisas artırma kurslarında, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi - taktiki təlimlərdə,seminar və konfranslarda fəal iştirak edib.
O, 1988-1989-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Lipesk şəhərində yerləşən hərbi hissələrin birində müdddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1993- 2016-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt və Lənkəran şəhərlərində, Binəqədi, Xəzər, Nərimanov və Zaqatala rayonlarında yerləşən hərbi hissələrdə və Ali hərbi məktəbdə taqım komandiri, böluk komandiri, mühəndis xidmət rəisi, döyüş hazırlığı bölməsının rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini- qərargah rəisi, Ali hərbi məktəbin qərarğah rəisi, Ali hərbi məktəbdə Kafedra rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
O,gənc vaxtlarından gözəl ailə və məktəb tərbiyəsi ilə fərilənmiş, əxlaqı tərbiyəsi ilə daima ətrafında olan həmyaşıdlarına nümunə olmuşdur. Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı hərbiçi kimi göstərən Elvin Quliyev təhsil aldıgı təhsil müəssisələrində, eləcə də xidmət etdiyi hərbi hissələrdə və ali hərbi məktəbdə kollektiv arasında müsbət tərəfdən seçilmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Elvin Quliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasında şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş iğtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməs ində,qəzalar,bədbəxt hadisələr, yanğınlar və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Elvin Quliyev Daxili Qoşunların Bas İdarəsində, hərbi hissələrində və ali hərbi məktəbində döyüş hazırlığı bölməsının rəisi, hərbi hissə komandirinin birinci müavinini-qərargah rəisi, ali hərbi məktəbin qərarğah rəisi vəzifələrində xidmət etdiyi illər ərzində taborda və əlahiddə bölmələrdə keçiirlən yekun (nəzarət) yoxlama, eləcə də kompleks və məqsədli qurupların rəhbəri (hərbi hissədə idman komitəsinin sədri, təhfil-təslim, mandant,attestasiya komissiyalarının üzvü və sədri) olduğu müddətdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüs keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcələri döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə "Silahlı Qüvvələr Veteranı ", "Qüsursuz xidmətlərə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli, "Silahlı Qüvvələrin 10-iliyi , 90-illiyi və 95-iliyi yubiley medallarl ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidentının müvafiq sərəncamı ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunların yaradılmasının 21-cü il dönümü ilə əlaqədar, öz xidməti vəzifələrini yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə “Hərbi xidmətlərə görə” medal ilə təltif edilib.
DOĞUM GÜNÜZ MÜBRƏK OLSUN. ELVİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder