Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst - xətti olan, peşəkarlığı,humanistliyi,səmərəli fəaliyyəti, qayğıkeşliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti,sadəliyi,iradı,vətənpərvərliyi,işgüzarlığı,dəqiqliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunların Baş İdarəsinin Nərimanov, Ağdərə və Ağdam rayonlarında yeləşən hərbi hissələrində bölük və tabor komandiri,hərbi hissə komandirinin müavini-qərargah rəisi,Daxili Qoşunların Xəzər rayonunda yerləşən ali hərbi məktəbin elmi şöbəsində baş zabit, Daxili Qoşunların Hacabul rayonunda yerləşən hərbi hissənin komandiri,Daxili Qoşunların Baş İdarəsində isə Silah xidmət rəisi və həmin Baş İdarənin İnispeksiyasında baş inspektor və İnispeksiya rəisinin müavini vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı- ehtiyatda olan polkovnik İlyasov Etibar Suleyman oğlunun yanvar ayının 9 -da Lacın rayonunda dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı, peşəkar hərbici və təcürbəli hərbici zabit- ehtiyatda olan polkovnik İlyasov Etibar Suleyman oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Etibar müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı zabit, təcürbəli komandir, xidmət rəisi və qayğıkeş insan kimi göstərən polkovnik İlyasov Etibar Suleymam oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə,silahlı birləşmiş dəstələrin (axtarışda olan digər şəxslərin) axtarışında və zərərsizləşdirilməsində,fövqalədə hallar və hərbi vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi və döyüşçü yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və digər xidmətlnərinə görə Daxili işlər nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olnub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında,mütəşəkkil cinayətkarlığa,terrorculuğa və digər təhlukəli cinayətıərə qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin zərərasizləşdirilməsində xüsusi fəriqləndiyinə və digər hərbi xidmətlərinə görə aşağıdakı medallarla təltif olunub:
1. "Vətən uğrunda " medalı ilə;
2. "Hərbi xidmətlərə görə " medalı ilə;
3."Azərbayca Respubilkasının Silahlı Qüvvələrinin Veteranı " medalı ilə;
3. " Hərbi xidmətdə fərqlənməyə görə " -1-ci dərəcəli medal ilə;
4." Hərbi xidmətdə fərqlənməyə görə " 2-ci dərəcəli medal ilə;
5." Hərbi xidmətdə xərqlənməyə görə" 3-cü dərəcəli medal ilə;
6."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
7."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə;
8."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi ( 1918 - 2013 )” yubiley medalı ilə;
9."SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ( 1918 - 1988 )” yubiley medalı ilə;
10."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
11."Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
12."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə,
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
61 YAŞIN MÜBARƏK OLSUN ETİBAR MÜƏLIİM!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder