Daxili İşlər Nazirliyinin müvafiq strukturlarının həyatında öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı,iradl və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 33- ildən çox şərəfli xidmət yolunun iki ilinu hərbi xidmətdə, otuz bir ilini isə Daxili İşlər Orqanlarında keçirmiş, istefada olan polis mayoru Əhmədov Şakir Oktay oğlunun yanvar ayının 9 -da dünyaya göz acdığı gündür.
Daimi həyat ın bütün imtahanlarından alnı açıq və üzüağ çıxan,peşəkar “hüquqşu nas” polis və müharibə veteranı- istefada olan polis mayoru Əhmədov Şakir Oktay oğlunu doğum günü münasibətilə, 2001 ci-ildə Daxili işlər Nazirliyinin Polis Akademiyasını bitrmiş onun tələbə yoldaşları, doğmaları,əzizləri,yaxınları ,iş və döyüş yoldaşları onu səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyət lər arzu edib deyirlər, Şakir qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin,hər yeni ilin isə sizi istəklərinizə qovuşduraraq dahada xoşbəxt eləsin.
Polis mayoru Əhmədov Şakir Oktay oğlu 1962- ci ilın yanvar ayının 9- da Azərbaycan Respub likasının Beylaqan rayonunda zəhmətkeş ailədə anadan olub.
Mayor Şakir Əhmədov 1979 - ci ildə Beylaqan rayonun 2 nömrəli tam orta məktəbi, 1991 - ci ildə Gəncə şəhər Avtomexanika texnikumunu, 2001- cı ildə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. O, Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində, Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında keçirilən bir çox metodiki- təlim toplanış larda, xüsusi- taktiki təlimlərdə , komando-qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfrans larda fəal iştirak edib.
1980 -1982- ci illərdə Sovet Ordusunun Voronej şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1982-2015 -ci illərdə Daxili İşlər Nazirliyinin Beylaqan və Xocavənd rayonlarında yerləşən polis şöbələrində polis nəfəri, cinayət axrarış bölməsində əməliyyat müvəkkili, təhqiqat bölməsində təhqiqatcı və bölmə rəisi vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ged ən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Mayor Şakir Əhmədov Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, o cümlədən əməliyyat şəraitinin təhlili, idarə çilik mexanizminin təkmilləşdirilməsi, kom pleks tədbirlərin hazırlanması və digər sahələrdə üzərinə düsən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir, bu illər də bir çox əməkdaşın yetişməsində xüsusi əməyi olmuşdur. O, təqaüdə çıxandan sonra da şəxsi heyətin hərbi- vətənpərvərlik tərbiyəsində və peşəkarlığın artırılmasında yüksək səviyyədə bir çox işlər görür.Polis veteranı kimi Daxili İşlər orqanlarının ictimai həyatında yaxından iştirak edərək, zəngin həyat və xidməti təcrübəsini daimi gənc lərlə bölüşur.
O,Daxili işlər orqanlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara, Azərbaycan Respubli kasının Konstitusiyasına və qanunlarına əməl edilməsi Polis Andın Daxili İşlər Nazirliyinin post - patrul xidməti nizamnaməsinin tələb lərinin əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox polis əməkdaşlarına şəxsən daimə nümunə olmuşdur.
Mayor Şakir Əhmədovun polis və tələbə yoldaşları onu vətənpərvər, cəsarətli, qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlər də, qohum-əqrəba, dost-tanış arasında özünə layiq hörmət qazanıb .
Öz xidməti vəzifə borclarının icrasına məsuliyyətlə yaşadığına görə Azərba ycan Respublikasının Daxili İşlər Nazirinin və onların müavinlərinin, Polis Akademiyasının rəisinin, İdarə və şöbə rəislərinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmət lərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞAKİR !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder