Təbrik: Mayor Nəvai Məmmədov-62



Peşəkarlığı, hümanistliyi və işgüzarlığı ilə seçilən, müharibə -veteranı  istefada olan mayor  Məmmədov Nəvai Nuru oğlunun  yanvar ayının 28-  də  dünyaya göz acdığı gündür.Belə bir əlamətdar gün münasbətilə  Nəvahi   Məmmədovi Din-in  Daxili Qoşunların ehtiyatda  və istefada olan zabitləri, doğmaları ,əzizləri, iş və döyüşcü  yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlə arzi edib   deyirlər, Nəvai  qoy yaşının üstə gələn bu yaş  da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni illin   isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.


Mayor Məmmədov Nəvai Nuru oğlu   1962-ci ilin yanvar ayının 28 -də Kəlbəcər rayonun da  zəhmətkeş ailədə anadan olub.O,1979 cu ildə Kəlbəcər rayonun Caykənd orta məktəbi ,1987 ci ildə  Azərbaycan Dövıət  pedoqoji instutunu, 1998-ci ildə isə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin   Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzini bitrib.Nəvai Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili  Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox  təlim- metodiki toplanışlarda,xüsusi- taktiki təlimlərdə,komanda – qərargah məşqlərdə fəal iştirak edib.

O,Azərbacanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə  yerinə yetirmişdir.Müharibə veteranıdır 


Göstərdiyi döyüş rəşadətinə görə yoldaşları arasında böyük hörmət qazanmış  istefada olan mayor  Nəvai Məmmədov 1981- 1983 cü illərdə Sovet Ordusunun  Moskva şəhərində yerləşən  hərbi hissələrin birndə müddətli həqiqi  hərbi xidmətdə olub. 1987- 1991 -ci illərdə  Xəzər  ( əvvəlki Əzizbəyov) rayonun ərazisində yerləşən   42 nömrəli texniki- peşə məktəbində  hərbi hazırlıq və bədən tərbiyəsi  müəllimi  vəzifəsində işləyib

1992-2011-ci  illərdə  Daxili  İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissələrində    taqım komandiri, bölük komandiri və avtomobil və zirehli texnika xidməti rəisi  vəzifələrində Vətənə.və xalqa sədaqətlə xidmət edib.2011-2015 ci illərdə isə Dövlət və özəl müəssisələrin də   Qaraj müdürü vəzifəsində olub.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     


Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

İşgüzarlığı,yüksək intellektual səviyyəsi və idarəcəlik qabiliyyəti ilə secilən Nəvai Məmmədov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi hissənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir, əsgər və çavuşlarla isə Döyüş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin, Avtomobil və Zirehli texnika xidməti üzrə nümunəvi göstərici məşğələlərin keçirilməsi və eləcə də avtomobi xidməti üzrə kiçik mütəxəssislərin hazırlanmasında üzərinə düsən vəzifələrin tapşırıqların  öhdəsindən layiqincə gəlmişdir.

İstefada olan mayor Nəvai Məmmədovun Daxili Qoşunlarında səmərəli.fəaliyyəti həmişə lazımınca qiymətləndirlib.Cinayətkarlığa qarşı mübarizə və ictmai asayişin qorunmasında,xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində  fəriqləndiyinə görə o, Azərbaycan Respublikası Prezidentinin adından, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun  müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə  “Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medalla, «Silahlı Qüvvələrin 10  və 90 illiyi» yubiley medalları ilə, əlacı   və yubiley döş nişanları ilə təltif olunb, bir cox fəxri fərmanlarla,qiymətli hədiyyələtlə təltif olunub və ona təşəkkur elan edilib

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NƏVAİ !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı   polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages