İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun dünyaya gəldiyi gündür.Hər oldiğu kimi bu ildə doğum gününü qeyd edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Suraxanı rayon şöbəsinin üzvü- istefada olan mayor Kərimov İsmayıl Cümşüd oğlunun yanvar ayının 9-da dünyaya göz acdığı günüdür.Belə bir əlamətdar gün münasibətilə onu Daxili işlər nazirliyi Daxili qoşunların ehtiyatda və istefada olan zabitləri,
2001-ci ildə Daxili işlər nazirliyin Polis Akademiyasını bitirmiş tələbə yoldaşları, doğmaları,yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət
olan möhkəm can sağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İsmayıl qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Kərimov İsmayıl Cümşüd oğlu 1968-ci ilin yanvar ayının 9-da Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.Qardaşı leytenat Kərimov Cingizxan Cümşüd oğlu Daxili Qoşunlarda xidmət edib , torpaqlarmızın azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub.
Mayor İsma yıl Kərimov 1984- ci ildə Bakı şəhərində orta məktəbi,1989-ci ildə Ukrayna Mülku Avasiya məktəbini, 2001-ci ildə Azərbaycan Respubilkası Daxili işlər nazirliyinin Polis Akademiyasını bitirmişdir.
O,1986 -1988 -cu ilərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1989-1991 -cu illərdə Azərbaycan Beynəlxalq Hava yolarında işləyib.
1992 -2004-cü ilərdə Daxili işlər nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər, Hacıqabul və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində və əlahiddə dayaq rabitə qovşağında taqım komandiri, əlahiddə dayaq rabitə qovşaq rəisinin müavini və rəisi, hərbi hissənin rabitə və ais xidməti rəisi,Daxili Qoşunların Baş İdarəsinin Rabitə və AİS şöbəsində isə baş zabit vəzifələrində xidmət edib.Hal hazırda Azərbaycan Beynəlxalq Hava Yollarında calışır.
İsmayıl Kərimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi hisənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuları, taqım və böluk komandirləri, bölyün baş cavuşları, kiçik komandilərlər və kiçik mütəxəssislərlə komandir, döyuş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin, nümunəvi- köstərici təlimlərin, xüsüsi-taktiki təlimlərin, təlim-metodiki toplanışların yüksək səviyyədə keçirilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
İsmayıl Cümşüd oğlu Kərimov öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərini,əmr və sərancamların dəqiq sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Mayor Kərimov İsmayıl Cümşüd oğlu peşəkarlığı, humanistliyi,səmərəli fəaliyyəti,vətənpərvərliyi, işgüzarlığı,iradi və mənəvi keyfiyyəti ilə, seçilən, ömrünün ən məhsuldar dövrünün 14 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirərək,Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və xüsusi tapşırıqların yerinə yetirilməsində, cinayətgarlga qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında, mühüm dövlət obyektlərin,inzibatı binaların, xüsusi yüklərin,inzibatı binaların,hərbi şəhərciklərin,maddi-texniki və hərbi təchizat anbarların mühafizə olunmasında,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtşaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və konendat saatı ) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Mayor İsmayıl Kərimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirinin (Din-in), Daxili Qoşunlar Komandanı və onun müavinlərinin,korpus və hərbi hissə komandirlərinin və onların müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub,bir cox fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti, ictimai vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Daxili İşlər Nazırnin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin müvafiq əmrləri ilə aşağıdakə medallarla təltif edilib:
“Azərbaycan Respubilkasının Sillahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubiley müdalı ilə;
2.”Milli ordunun 100 illiy (1918-2018)”, yubiley medalı ilə;
3.”Qüsursuz xidmətə görə” 3-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Böyük zəfər ” medalı ilə;
5.”Müharibə Veteranı” medalı ilə;
6.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin 25 illiyi (1994-2019)” yubiley medalı ilə.
BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN .
İSMAYIL!
100 YAŞA, SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder