Təbrik: Mayor Elman Səlimov-53



İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təcavüzkar lığı və vətənpərvərliyi  ilə seçilən ən məhsuldar dövrünün 20 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş ehtiyatda olan mayor   Elman Səlimovdur.  Yanvar ayının 8- də onun dünyaya göz acdığı.gündür. Bu əlamətdar gün münasibəti ilə mayor Elman  Səlimovu Daxili işlər nazirliyi Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğomaları,əzizləri,iş və döyeşcü yoldaşları, səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,  Elman qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Səlimov Elman Ağaəli oğlu 1971-ci ilin yanvar ayının 8 -də  Bakı şəhərində  zəhmətkeş ailədə  anadan olub .


1988- ci ildə Bakı şəhərində orta məktəbi, 1993- cü ildə isə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların Vladikafqazda yerləşən Ali Komanda nlıq  məktəbini   bitirib. O, Daxili Qoşunlarda   xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, hərbi xüsusi taktiki təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.


Elman Ağaəli oğlu   1993- 2009 -cu illərdə  Daxili Qoşunların  Binəqədi, Xəzər və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrdə və xüsusi təynatlı dəstədə  taqım və qrup komandiri, xüsusi təynatlı dəstə komandirinin müavini, tədris bölüyun komandiri, tabor komandirinin müavini- tabor qərargahının rəisi, Daxili Qoşunların Baş İdarəsinin əməliyyat şöbəsində isə zabit  vəzifələrində  Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.


Müstəqil Azərbaycan Daxili işlər nazirliyi Daxili Qoşunlarında  mayor Elman Səlimov xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə,  Hərbi Andin, hərbi və daxili qoşunıarın döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə borclarının   icrasına məsuliyyətlə yanaşmış,qarşıya qoyulm uş xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində  iğtşaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında , dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.Azərbaycanın ərazi  bütövlüyü  uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 

Mayor Elman Səlimov  Din-in  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə,  oxuduğu orta  və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə,dost -tanış, qohum əqraba  arasında özünə layiq hörmət qazanmışdır.

Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai sıyası hazırlığında,hərbi ıntizamın möhkəmləndirilməsində  yüksək göstəricilərə nail olduğuna və digər xidmətlərinə görə  Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər  nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmə görə”  1-ci, 2-ci və 3-cü dərəcəli, “Azərbaycan Respubikasının Silahlı Qüvvələrinin   10-iliyi və 90-iliyi yubiley  medalarlı ilə təltif edilib.


Döyüş hazırlığındakı  əla göstəricilərə,  təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Daxili işlər Nazirinin,   Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nisanları ilə, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELMAN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


BÜTÜN ARZULARIN CİN OLSUN!


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages