İnsan ücün ən yaddaqalan tarixlərdən başlıçası onun dünyaya gəldiyi gündür.Hər il olduğu kimi bu ildə doğum günü qeyd edən Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan mayor Əliyev Elçin Tofiq oğlunun yanvar ayınınn 31-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan, mayor Elçin Əliyevi doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər,Elçin qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
mayor Əliyev Elçin Tofiq oğlu 1963-cu ilin yanvar ayının 31- də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1969-cu ildə Bakı şəhərində 18 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1979-cu ildə həmin məktəbi, 1983 - cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu, Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində isə Azərbaycan Ordusunun Təlim – Tədris mərkəzində Zabitlərin təhkimləşdirmə kursunu bitrib. O, Daxili Qoşunların Bas İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissədə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və DİN-nin idman cəmiyyətində keçirilən bir çox təlim-metodiki təlim toplanışlarında, hərbi xüsusi- taktik təlimlərdə,seminar və konfranslarda fəal iştirak edib.
Silahlı Qüvələr və Müharibə Veteranı mayor Elçin Tofiq oğlu Əliyev 1983 -1985-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1993- 1995 ci illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində kəşfiyyat bölüyünün komandiri və hərbi hissənin kəşfiyyat xidmətinin rəisi, 1995 -2002-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissəində idman və fiziki hazırlıq rəisi, 2003-2017-ci illərdə isə Azərbaycan Ordusunun hərbi hissələrində və xüsusi təyinatlı əlahiddə taborunda, kəşfiyyat xidmətinin rəisi, xüsusi təyinatlı əlahiddə tabor komandirinin döyüş hazırlığı üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
O,Daxili Qoşunlarda və Azərbaycan ordusunda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. Elçin Əliyev istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara, bir çox hərbi qulluqçulara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə rhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrin də kütləvi iğtişaşların qarşısının alınmasın da, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbbi fəlakətlər və başqa fövqəladə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Peşəkarlığı,sadəliyi, humanistliyi, iradı və işgüzarlığı ilə seçilən ömrünün ən məhsuldar dövrünün 25-ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Mayor Əliyev Elcin Tofiq oğlu Azərbaycan, SSRİ çempionatlarında,Beynalxaq turnirlərdə, Müdafiə və Daxili İşlər Nazirliklərin, Daxili Qoşunların Bas İdarəsinin təşkil etdiyi yarışlarda iştirak edərək çempion olmuşdur.O,idman sahəsində yüksək göstəricilərə nail olduğuna görə SSRİ İdman ustası adına layiq görülmüşdür.
Öz xidməti vəzifə borclarının və hərbi hissəyə həvalə olunmuş vəzifələrinin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə, eləcədə digər xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə və Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, korpus və hərbı hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi nisanları ilə təltif olunub bir cox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
7.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELCİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder