Təbrik: Mayor Arif Səmilov-60



İnsan 

üçün ən yaddaqalan günlərin  başlıcası onun həyata gəldiyi gündür. Öm bəzək olan ad günü  hər  il xüsusi qeyd olunur.Xüsusi ad günü qeyd olunan insanlardan biridə Daxli Qoşunların həyatında öz dəst-xətti olan, işgüzarlığı,vətənpərvərliyi və zəhmətkeşliyi ilə seçilən,  Azərbaycan Respublikasının müharibə veteranı istefada olan  mayor Arif  Səməd oğlu Səmilovdur. Yanvar ayının 7 -də onun 60 yaşı tamam olur.Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan,mayor Arif Şəmilovu belə bir əlamətdar  gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, yaxınları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,həyat yollarnda uğurlar arzu edib deyirlər.Arif  qoy yaşnızın üstə gələn  bu yaş da sizə sevincdolu günlər bəxş etsin.

Şəmilov Arif Səməd oğlu 1964 - cü ilin yanvar ayının 7- də Ermanıstan Sovet Sosialist Respublikasının Kalinino rayonunun Dəmirçilər kəndində zəhmətkeş ailədə anadan olub.

1981 ci ildə Kalinino rayonun Dəmircilər kənd orta məktəbini, 1990-cı ildə Bakı Dəmir Yol texnikumunu 1993-cü ildə Bakı Ali  Hərbi məktəbi,1998-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş   hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən Təlim -tədris  mərkəzində zabit heyətinin hazırlığı və zabitlərin ixtisas artırma kurslarnı bitrib. O, Daxili Qoşunlarda xidmətdə olduğu illərdə Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- təlim metodiki toplanışlarda,nümnəvi -göstərici məşgələlərdə, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


1982- 1984- cü illərdə Sovet Ordusunun  Çexoslovakiyada yerləşən hərbi hissələrin birində müddətlı həqiqi hərbi xidmət olub.

1993- 1994- cü illərdə  Azərbaycan Respubilkasının Daxili işlər nazirliyin Əlahiddə xüsusi- təyinatlı polis  dəstəsində və Azərbaycan Ordusunun döyüş bölgələrində  yerləşən  hərbi hissələrin birində müxtəlif vəzifələrdə calışıb.

 1993- 2004 -ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Hacıqabul və Quba rayonlarında  yerləşən hərbi hissələrdə  taqım komandiri, bölük komandiri, mühəndis və kimya xidməti rəisi vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə Füzuli və digər  rayonları istiqamətində) gedən döyüşlərdə və Çaykəndi xüsusi əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. 

Əsli vətəndaş lıq mövqeyi ilə seçilən, Arif Şəmilov Daxili işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və taışırıqların yerinə yetirilməsində,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın təmin olunmasında və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər, fövqəladə hallar (hərbi və komendantsaatı) zamanı  hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.


O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış,qohum - əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı   və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  Öz  xidməti və ictimai  vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları  yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə  digər xidmətlərinə  görə aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

2.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

ARİF doğum günün mübarək olsun!!!

  

100 yaşa, sağlam yaşa.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı

polkovnik Salman Musayev





Hiç yorum yok:

Yorum Gönder

Pages