Yüksək hərbi peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti, iradı işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü, ehtiyatda olan kapitan Mehman Məmmədovun yanvar ayının 20 - də dünyaya göz acdığı gündür. Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan kapitan Məmmədov Mehman Mahmud oğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Mehman qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar hərbi zabit, xeyirxah, vətənpərvər və torpağına bağıı gözəl insan Məmmədov Mehman Mahmud oğlu 1972 -ci ilin yanvar ayının 20-də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.1989-cu ildə Bakı şəhərinin Zirə qəsəbəsində 120 nömrəli tam orta məktəbi,1997-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbi, 1998-ci ildə isə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən ,kapitan Mehman Məmmədov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim- metodiku toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komanda- qərargah məşqilərində, müvafiq ixtiasartırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq yaradan kapitan Mehman Mahmud oğlu Məmmədov 1990- 1992-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1997-2006 -ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Xəzər, Binəqədi Zakatala və Lənkaran rayonlarında yerləşən hərbi hissələrində taqım və bölük komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. Hal-hazırda Sokarda işləyir.
Kapitan Mehman Məmmədov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin mühafizə olunmasında, yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai asayişin qorumasında, fövqalədə hallar və hərbi vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları onu, vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidməti və ictimai vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Müdafiə Nazirinin və onun müavinlərinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Ali Hərbi Məktəb rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəs döş nişanları ilə təltif edlib, bir cox fərman larla,diplomlarla,qiymətli hədiyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin.10 illiyi ( 1991 - 2001 )” yubiley medalı ilə;
3."Milli Ordunun 100 illiyi ( 1918 - 2018)” yubiley medalı ilə;
3.”Böyük Zəfər” medalı ilə;
4.” Müharibə Veteranı medalı” ilə;
5.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994-2019 ) yubiley medalı ilə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MEHMAN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı
polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder