Şərəflə yaşanan ömür: Füzuli Rzaquliyev- 63



İnsan ücün ən yaddaqalan günlərdən biri də  onun həyata gəldiyi günüdür. Yaşın üstə yaş gələndə insan daha  da kamilləşir. Belə insanlardan biridə  Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş, vətənpərvər, torpağına, xalqına bağlı gözəl insan,yaxşı ailə başcısı, daim bütün çətinliklərdən üzüağ və alınıaçıq cıxan,  Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyinin (AVMVİB) sədri  Rzaquliyev Füzuli Ədəb oğludur. Onun, yanvar  ayının 5 də dünyaya göz açdığı   gündür. Bakımiltv.infonun kollektivi Füzuli Rzaquliyev doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən      şirin  nemət olan möhkəm  can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib dryirlər,Füzuli  müəllim qoy yaşının üstə gələn bu yaş  da ona sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin!

    

 2-ci Qrup Müharibə əlili Rzaquliyev Füzuli Ədəb oğlu  05 yanvar  1961-ci ildə  Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub

O, 1976-ci ildə Ağdərə rayonunun Xatunbəyli kəndində səkkiznici  sinifi, 1978-ci ildə Ağdərə rayonunun Manikli orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Pedoqoji  İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakultəsini bitirib.

 Füzuli Rzaquliyev 1982-cı illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. O, 1986-1989- cu illərdə  Qarabağda məşhur  hərbi (rəhbər) müəllim, 1989-1991-  cı ilərdə isə  Bakı Kommersiya Texnikomunda  müəllim işləyib.1991-1994-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissəsində   tabor komandirinin birinci müavini- qərargah rəsi  vəzifəsində  xidmət etmişdir        

Füzili müəllim, Azərbaycan  Respublkasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona və tabora  həvalə edilmiş  vəzifə və tapşırıqların öhdəsin-dən layiqincə  gələrək  ağır yaralanmışdır. Füzuli Rzaquluyev döyüşdə ağır yaralan-sada son atəşkəs günə qədər ordu sıralarını tərk etməm-işdir.Erkəs,Mənasız,Buzluq (Daşaltı) yaşayış məntəqələri,  Şuşa,  Kəlbəcər, Laçın, Ağdərə rayonları istiqamətində  gədən döyüşlərdə özünü  bacarıqlı,  bir komandir kimi göstərmişdir.Göstərdiyi çox saylı şücaətlərə görə Füzuli Ədəb oğli Rzaquliyevə   döyüş dostları  «Koroğlu»   ləqəbi  vermişdilər.

O,Azərbaycan Ordusunuda xidmət etdiyi illər ərzində,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində isə sədir vəzfəsində olduğu  müddətdə Azərbay-can   Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə  müvafiq Nizamnamələrin,təlm-atların,  əsasnamə  və əmirlərin yerinə yetiril-məsinə məsuliyyətlə yanaşdığna görə bir çox medallarla, döş nişanları ilə, fəxri fərmanlarla təltif edilib və ona təşəkkür elan edilib.

 Füzuli  Ədəb oğlu Rzaquliyev doğulduğu və yaşadığı kəndin, 1-ci və 2-ci Vətən müharibəsində iştirak etmiş  döyüşcülərin,  xeyir və şərində yaxından iştirak edən bir ziyallıdır. O, ictimaiyyət, dost -tanış  işlədiyi və xidmət etdiyi mühütdə böyük hörmət  qazanmışdır. Dostluqda möhkəm və sadiq insandır.Onunla dostluq edən hər bir şəxs ondan narazı   qalmayıb.    Füzuli Ədəb  oğlu qohum  və dost canlı bir şəxsdir.O hamı ilə maraqlanır, onların problemlərinin həllində onlara köməklik etməyə çalışır. Qohum-əqraba, dost -tanış,müharibə iştirak-çıları arasında böyük hörməti var onların xeyir və şər işlərində yaxından iştirak edərək öz məsləhət-lərini verir. Məhz bu xüsusiyyətə görə qohum- əqarabalar, dost-tanışlar mühari-bə görmüş döyüş-çülər, şəhid ailələri  onu çox sevirlər və ona dərin rəğbətlə yanaşırlar.

 Füzuli müəllim üstünlük qabiliyyətinə və böyük söz ehtiyatına malik olan bir vətənpərvər, zəhmətkeş  insandır. O istənilən adamla  söhbət edən zaman mənalı fikirlər və müdrik kəlamlardan sitat gətirən, qarşısın-dakı  həm söhbətini    təəccübləndirməyi bacararır. Onunla  söhbət edən hər bir  kəs  Füzuli müəllimin necə sadə, necə alicənab, təvazökar və dünyagörüşlü bir ziyalı olduğunu o dəqiqə anlayır  və ona böyük hörmət və ehtiramla yanaşır .

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVMİB) yarandığı gündən Avmvib-nin sədri hörmətli Füzuli müəllim  əsil vətənpərvər,cəmiyyət, dövlət qayğısına qalan,   mehriban, səmimi,savadlı, şirin dili, hec kəsi özündən incitməyən şəxsiyyət kimi tanınan insanpərvər  vətəndaşdır.      Əhatəsində olan insanların və döyüşcü yoldaşların hörmətini qazanan Rzaquliyev Füzuli Ədəb oğlu  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə torpağımızın erməni işğalından təmizlən-məsi uğrunda 2020-ci ilin sentyabr ayının 27-dən başlayan müzəffər ordumuzun rəşadətilə qırx  dörd günlük qələbəmizlə başa vurmasında Füzuli Rzaquliyev döyüş bölgələrində  daimi döyüşçülərimizin yanında olub, oğlu baş leytenant İlkin    Füzuli oğlu Rzaquliyev isə işğal altında olan rayonlarmızın azad olunmasnda üzərinə düşən vəzifə və tapşırıqları layıqınca yerinə yetirərək qəhramanlıq və şüca-ət   göstərib.

Füzuli müəllim  qorxmaz, isanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabitdir və yaxşı ailə başçısıdır. O, işlədiyi və xidmət etdiyi  kollektiv, dost- tanış ,qohum-əqrəba arasında  özünə layiq hörmət qazanmışdır.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. FÜZULİ MÜƏLLİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!   

  


Hiç yorum yok:

Yorum Gönder

Pages