Səməndər Rzayev və Vladimir Vısotski Görkəmli teatr və kino aktyoru, qiraət ustası, Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayevin doğum günüdür (02.01.1945, Ağsu – 27.03.1986, Bakı).



 “Bütün ömrü boyu çalışdığı Dram Teatrının səhnəsində “Sizi deyib gəlmişəm” tamaşasında Xudayar bəyi oynayırdı. Tərəf müqabili Səidə Quliyeva danışır ki, çox möhtəşəm bir səhnəmiz vardı, tamaşanın canı olan bu səhnədə mən Səməndəri sillə ilə vururdum: “Həmin yer gələndə Səməndər yavaşca pıçıldadı ki, Səidə, ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra səhnə arxasından onu xəstəxanaya götürdülər, siması ağappaq, özü də büzüşmüşdü”. 
İki gün sonra “Közərən ocaqlar” tamaşasında oynamaq üçün birbaşa xəstəxanadan səhnəyə gəlib Səməndər Rzayev. Onun üçün bilet alıb gələn tamaşaçısını məyus etmək istəməyib. Ayaq üstdə durmaq belə çətin olduğu halda tamaşanı oynayıb və səhnə arxasında yıxılıb, bu onun səhnədə son rolu olub.” 
Səməndər Rzayev 41, Böyük rus Kino və teatr aktyoru Vladimir Vısotski isə 42 yaş yaşadı. 
 Vısotski teatral bioqrafiyasını Şekspirin “Hamlet”i ilə başa vurub. Ölümünə 7 gün qalmış, iyul ayının 18-də  Taqanka səhnəsində oynadığı Hamlet rolu haqqında bir aktyor belə demişdir: “Bu çox yorulmuş adam təsiri bağışladı, lakin rolunu fenomenal oynadı." Ölümünə 2 gün qalmış isə Vısotskinin  son rolu “Cinayət və cəza”da Svidriqaylov olmalı idi. Vısotski də tamaşaçılarını məyus etməmək üçün teatra gəlib, lakin səhnəyə çıxa bilməyib. Teatrın məsul işçisi Yelizaveta Avalduyeva ondan nə baş verdiyini soruşduqda cavabı belə olub: “Mən tezliklə öləcəm.” Və 25 iyul 1980-ci ildə dünyasını dəyişdi.
Böyük  rus teatr rejissoru, aktyor və pedaqoq, uzun illər  Tanqaqadakı məşhur teatrın rəhbəri Yuri Lyubimov bir dəfə teatrın qarovulçusuna zəng vurub, soruşur: "Bu gün Hamlet kimi oynayır? Qarovulçu: "Əlbəttə ki, Vısotskini". Aktyor oynadığı rolla elə identiklik təşkil edib ki, Lyubimovun zarafatı hətta qarovulçunu belə çaşdırmayıb. 
Bu gün soruşsalar ki, Gəray bəy kimi oynayıb? Dərhal deyəcəyik ki, Həsən  Turabov. Bu da məxsusi bir identiklikdir...
Allah rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder

Pages