Salman nəvəm doğum günün mübarək!



  TƏBRİK EDİRİK !...


İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun dünyaya gəldiyi gündür.Əziz nəvəm Musayev Salman Yaşar oğlunun yanvar ayının 5- də dünyaya göz acdığı gündür.

Belə bir əlamətdar  gün münasibətlə əziz nəvəm Salmanı babaları, nənələri, atası, anası, bacıları, maması (bibisi),xalası,qardaşı və ən yaxın qohumları  səmimi - qəlbdən təbrik edir, ona həyatda polad kimi möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Salman qoy yaşınızın üstə gələn bu yaş da  sizə sevinc dolu günlər bəxş etsin,  hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin.

 

Əziz Salman nəvəm!

Sənin gəlişinə sevindi ürək,

Sənin xoş günü daimi görək,

 Hər cicəklərdən ömrünə cicəkıər örək,

 Həyatda şirin varlıqdır nəvə.

 

Hər kəsin öz arzu diləyi vardlr,

 Oğlu,  qızı olan nə bəxtəfərdir,

 Övlad arxadır, həmdə dayaqdır,

 Həyatda ən şirin varlıqdır nəvə.

 

 Ömrümüzə nəfəs verəndir nəvə,

Dövlətdə dəvədir, övlada nəvədir,

 Necə də şirinmiş baldanda nəvə,

 Həyatda ən şirin varlıqdır nəvə.

  Allah  bütün nəvələrimizi saxlasın, onların xoş günlərinin görməsini babalarına, nənələrinə, atasına və anasına  qismət etsin.

 

  Doğum günün mübarək olsun əziz  nəvəm  Salman !


Hörmətlə:

Salman Calal oğlu Musayev







  

Hiç yorum yok:

Yorum Gönder

Pages