Elşən Zeynallı (Elşən Zeynalov) Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb (1993-1997, Eldar Quliyevin kursu). 1997-ci ildən “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində çalışıb. Şuşa Musiqili Dövlət Dram Teatrında Elçinin "Cəhənnəm sakinləri" pyesinin quruluşçu rejissoru olub. Ssenari müəllifi və rejissoru olduğu "Şuşasız" adlı tamaşanı hazırlayıb. Respublika Gənclər mükafatı laureatıdır.
Filmoqrafiya:
Sarı gəlin (1998, tammetrajlı bədii film) – rejissor assistenti
Vokal (2000, tammetrajlı sənədli televiziya filmi) – rejissor
Qədim hamamlar (2001, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
Nehrəmli qız (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Şəkidə toy (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Zülfü ocağı (2002, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
Ağ rəngin musiqisi (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Naxçıvan muzeyləri (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Oxuyan ürəkdir (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
Tərəkəmə (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor
İsmayıl bəy Qutqaşenli (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Mariya (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
Ömür qatarı. Yaşar Səfərov (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Bizim qəribə taleyimiz (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Ozan (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Şair haqqında ballada. Tofiq Bayram (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Çingiz Sadıqov (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Sarıbaş (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Saz haqqı (2006, tammetrajlı sənədli televiziya filmi) – rejissor
Zərif nəfəs (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Əziz Əliyev olduğu kimi (2007, tammetrajlı sənədli televiziya filmi) – rejissor
Qüdsi (2007, qısametrajlı sənədli televiziya filmi) – aktyor
Mən kiməm? Fikrət Qoca (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Şamaxı abidələri (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Axıska türkləri (2008, tammetrajlı sənədli televiziya filmi) – rejissor
Ərkivan (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Onlarla birlikdə (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Aran nağılı (2009, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
Bir şəhərin tarixçəsi (2009, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Balaban (II) (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Çildağ (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Fransız qadının gündəliyi (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Halay (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Korrupsiyaya qarşı hamılıqla mübarizə (2011, qısametrajlı sənədli film) – rejissor
Abşeron incisi (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Çayın nağılı (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Didərgin atlar (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Günəşin batdığı yer (2012, tammetrajlı sənədli televiziya filmi) – rejissor
Halay (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Naftalan möcüzəsi (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Bir ömrün salnaməsi (2013, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Şəki olduğu kimi (2013, qısametrajlı sənədli televiziya filmi) – rejissor
İngiloylar (????, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Qəribəm bu vətəndə (????, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Hiç yorum yok:
Yorum Gönder