Pərviz Quliyev 19 yanvar 1942-ci ildə Bakıda anadan olub. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasında laborant, az sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb, 1967-ci ildən foto sexin müdiri vəzifəsində çalışır. Ömrünün 50 ilini kinonun inkişafına sərf edib. 50 il ərzində tanınmış rejissorlarla 40-a yaxın filmin çəklişində iştirak edib. Şəxsi təşəbbüsü ilə kinostudiyada çəkilən fotoşəkillərin və neqativlərin arxivini yaradıb.
Dəfələrlə SSRİ-nin müxtəlif yerlərində keçirilən Azərbaycanın mədəniyyət günlərində fotostendlərin təşkili ilə məşğul olub.
"Mükafatları"
1977-ci ildə kino sahəsində yaxşı işinə görə Pərviz Quliyev SSRİ Nazirlər Kabineti nəzdində Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanı ilə təltif olunur.
1980 – "Kinematoqrafiya əlaçısı" və SSRİ Kinematoqraflar Birliyinin üzvü olur.
1989 -cu ildə "Əmək Veterenı" olur.
2008-ci ildə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı ilə təltif olunur.
Filmoqrafiya
Birisigün, gecəyarısı... (film, 1981)
Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-fotoqraf-rəssam
Ata (film, 1988)
Fəryad (film, 1993)
Hər şey yaxşılığa doğru (film, 1997)
Ləqəbi "İKA"dır (film, 1997)
Buta (film, 2011)
Tərsinə çevrilən dünya (film, 2011)
Sübhün səfiri (film, 2012)
Hiç yorum yok:
Yorum Gönder