Prezidentliyə namizəd seçicilərlə görüşlərə BAŞLAYIB




Prezidentliyə namizəd Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində ilk görüşünü Binə qəsəbəsi sakinləri ilə keçirib.

Bakmiltv.info xəbər verir ki, görüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra görüş iştirakçılarına Fuad Əliyev haqqında qısa məlumat verilib.

F.Əliyev ölkədə baş verən ictimai-siyasi proseslər, seçki kampaniyasının gedişi və digər məsələlərlə bağlı məlumat verib. Namizəd seçiciləri seçki platforması ilə tanış edib.



Prezidentliyə namizəd sonda seçicilərin suallarını cavablandırıb, onlarla səmimi söhbətlər aparıb.


 

Hiç yorum yok:

Yorum Gönder

Pages