Polkovnik Bahadur Məmmədovun əziz xatirəsini ehtiramla yad edirik.





Bir gün dünyaya  gələn insan bir gün də onu tərk edir. Bu iki gün arasındakı ömür payında  onun gördüyü işlər, əməllər,dediyi sözlər, düşündüyü fikirlər,

iştirak   etdiyi hadisələr insanların xatirəsində  qalır. Elə insanlar  vardır kı,  onlar haqqında xatirələr insanların qəlbinə təsir edir və göz  yaşlarına  səbəb olur. Belə insanlardan biri də   yüksək peşəkarlığı ,dərin zəkası,gözəl nitq qabiliyyəti,

səmimiyyəti, işgüzarlığı,böyük idarəclik və təşkilatclıq  bacarığı, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, polkovnik  Məmmədov Bahadır Zeynal  oğlu    24 ildən çoxdur (1999-cu illin aprel ayının 7-dən)  aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına  qovuşub.Əgər sağ qalsaydı, yanvar  ayının 10 -da 79 yaşını qeyd edəcəkdi.Təəssüflər olsun ki,  ömür vəfa etmədi.Vaxtilə doğmalarını,yaxın qohumlarını,  dostlarını, iş yoldaşlarını,nəcib insanları xatırlayan Bahaduru indi özü xatırlanacaq,şirin- duzlu sözləri yada salınacaq.


Azərbaycan Respubilkasının Sillahlı Qüvvələri və Müharibə  Veteranı-  polkovnik  Məmmədov Bahadur Zeynal  oğlu  1945-ci ilin  yanvar  ayının 10-da Masallı rayonunda zəhmətkeş ailədə anadan olmuşdur.1995-2017-ci illərdə Daxili Qoşunlarda xidmət etmiş- ehtiyatda olan Rəhimov Vuqar Fərman oğlunun qaynaatsı idi. 

    Əhətəsində olan insanların, döyüşçü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına,

iş yoldaşlarına, yaxınlarına,isti münasibətdə olmuş, peşəkar hərbici Məmmədov  Bahadur Zeynal oğlu 1961-ci ildə Masalı rayonunda  orta məktəbi,daha sonra Bakı hərbi dənizcilik məktəbini, 1967-ci ildə isə Belarusiya Ali Hərbi Məktəbi bitrmişdir.O,xidmət dövrlərində bir cox təlim- metodiki toplanışlarda,hərbi xüsusi-taktiki təlimlərdə,komanda-qərargah məşqlərində,ixtisas artırma və akademik kurslarda,seminar  və konfranslarda fəal iştirak etmişdir.

     

Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, xeyirxah və ziyalı insan,ictimayət və rayon camaatı arasında özünə layıq hörmət qazanmış polkovnik Bahadur Zeynal oğlu Məmmədov 1967-1970-ci illərdə Sovet Ordusunun Almaniya Demokratik Respublikasında  müxtəlif  zabit  vəzifəsində olmuşdur.O,1968-ci ildə “Praqa baharı” adllanan Çexaslavakiya hadisələrinin hərbi əməliyyatlarında ağır yaralanmışdır.

     

Heç kəsi özündən  incitməyən,xoş rəftarı və şirin dili ilə hərkəslə doğmalıq münasibəti yaradan polkovnim Bahadur Məmmədov1970-1978-ci illərdə Sovet ordusunun  Naxcıvan şəhərində və Culfa  rayonunda yerləşən hərbi hissələrin birində və hərbi komissarlıqda müxtəlif vəzifələrdə calışmış, 1981-1995-ci illərdə  Gədəbəy,Şuşa və Kürdəmir rayonların hərbi komissarı vəzifəsjndə olmuşdur.

1996-1999-cu illərdə    Daxili Qoşunlar  Komandanının şəxsi heyətlə iş üzrə müavini  vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

      Dövlətçiliyimizin möhkəmləndirilməsi ücün  var qüvvəsi ilə  yorulmadan calışmış Bahadur Məmmədov erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatları zamanı dəfələrlə döyüş tapşırıqlarını yerinə yetirmiş,özünü bir  peşəkar zabit kimi doğrultmuşdur.                  


Bahadur Məmmədov  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin  tələblərinin  dəqiq və sözsüz  yerinə yeturilməsi istiqamətində öz tabeliyindəkilər ucun daimi nümunə olmuşdur.

   Polkovnik Bahadur Məmmədovun humanistliyi, sadəliyi sımərəli fəaliyəti və səmimiyyəti  seçilən, ömrünün ən məhsuldar dövrünün 33 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətə  həsir edərək, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

     

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı-  polkovnik Bahadur  Məmmədov   Sovet və Azərbayca  Ordularındada və Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illərdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə o, SSRİ və Azərbayca  Müdafiə Nazirlərinin,RespubilkaHərbi Komissarının, Daxili İşlər  Nazirinin, Daxili Qoşunlar Komandanın,korpus,diviziya və hərbi hissə komandirlərinin müvafıq əmrləri ilə "əla xidmətlərə görə"  əlacı  və yubiley doş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan olunub.

      

Ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizdə,ictimai təhlükəsizliyin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün  təmin edilməsində, döyuş və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə, öz vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə,SSRİ Ali Sovetinin və Azərbaycan Respublikasının Prezidenti adından,SSRİ və  Azərbaycann Respubilkasının Nüdafiə və Daxili İşlər Nazirlərinin müvafiq sərəncam və əmrləri ilə  aşağdakı medallar təltif olunub:


1."Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı" medalı ilə;


2."SSRİ Silahlı Qüvvələrinin "50 illiyi ( 1918-1968)” yubiley  medalı ilə;


3."SSRİ Silahlı  Qüvvələrin60 illiyi  ( 1918 - 1978 )” yubiley   medalı ilə;

4.”SSRİ Silahlı Qüvvələrinin  70 illiyi (1918 -1988)” yubiley medalı ilə;

5.“Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim   ili xidmətə görə;

6."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə.

7.”Qusursuz xidmətə görə 1 -ci  dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim  ili xidmətə görə.

                             Allah Məmmədov Bahadur Zeynal oğluna  rəhmət eləsin,məkanı cənnət olsun.Amin!


Azərbaycan Respubilkasının Silahlı  Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages