Natiq Qasımov 53 Bu bizik?!



Bu gün birinci Qarabağ müharibəsi döyüşçüsü qəhrəmalığı ilə Azərbaycanı silkələyən Natiq Qasımovun doğum günüdür. İlk dəfə onun haqqında və adına  dəyərli taixçimiz Nasiman Yaqublunun böük zəhmətlə ərsəyə gətirdiyi "Azərbaycan Milli Azadlıq Hərəkatı ensiklopediyası",Bakı, "Qanun", 2018) kitabında rast gəlmişəm. 
Mən də Nəsiman bəyin haqqında yazdığını sizlərə təqdim edirəm:
"BEŞ GÜN ERMƏNİLƏRLƏ TƏK DÖYÜŞƏN, ÜÇRƏNGLİ BAYRAĞI
ONLARA VERMƏYƏN NATİQ QASIMOV:
“BAYRAĞI VƏ POSTU QOYUB GEDƏ BİLMƏRƏM”
Moskvada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il aprel ayında (№14-15) müxbir Konstantin Smirnovun “Qorxu” məqaləsi çap olunub. Həmin məqalədə italiyalı fotomüxbir Enriko Sarrininin çəkdiyi bir görüntü verilib. Bu fotoda azərbaycanlı döyüşçü Natiq Qasımov ermənilərin əhatəsində olmasına baxmayaraq üçrəngli Bayrağı əlində saxlayıb.
Bu, savaşlar tarixində baş verən çox heyrətamiz bir hadisədir.
Natiq Qasımov 1971-ci ildə yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Sonradan ailəsi ilə Mingəçevir şəhərinə köçüb. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, “Kosmos” kinoteatrında kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmətdə olub. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra könüllü olaraq Vətənin müdafiəsinə gedir, Ağdamda Yaqub Rzayevin (“Ala Yaqub”) başçılıq etdiyi “Qarabağ şahinləri” batalyonunda vuruşur. Döyüş bölgəsindən evə qayıtdıqdan az sonra “Xocalı” soyqırımı baş verir. O, yenidən Qarabağ savaşına qatılır.
1992-ci ilin martında “Qarabağ şahinləri” batalyonundan olan 31 nəfərlik dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı əhəmiyyətli bir yüksəkliyi ələ keçirir. Döyüşdə həlak olanlar da olur, digərləri isə geri qayıdır. Həmin yüksəklikdəki qədim alban kilsəsində Natiqlə birlikdə altı nəfər dostu qalır. Onlara kömək göndərilmir. Bütün dostları həlak olan Natiq beş gün təkbaşına ermənilərlə döyüşür və mövqeyi tərk etmir. Sonda ermənilər əsir götürdükləri iyirmi nəfər Xocalı sakinini o təslim olmayacağı halda qətlə yetirəcəklərini bildirirlər. Bu xəbəri Natiqə əsir götürülmüş, Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərov çatdırır.
C.Cəfərovun dedikləri: “...Yuxarı baxdım. Gecədən islanmış üçrəngli Bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa çörəyi yedi. Dedi ki, komandirim məni altı nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdur. Beş gündür ki, tək qalmışam.
Natiqdən niyə postu tərk etmədiyini soruşdum. Dedi ki, komandirə söz vermişəm, Bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, gəlmədi.
Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy heç olmasa özümüzünkünün gülləsindən ölüm. Bir anlığa xəyala daldı: tutaq ki, Sizi vurdum, bəs mənə görə iyirmi nəfər əsirin güllələnməsinə necə razı olum? Natiq bayrağı endirdi, bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf qışqırıb onları yanına çağırırdı. Ermənilər əvvəlcə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər.
Natiq əlində üçrəngli Bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər.”
Natiqin sonrakı taleyindən isə məlumat yoxdur. Əslində taleyindən xəbərsiz olmamızı ,yəni daha doğrusu ölümünün təadiqlənməsi məni çox incidərdi. Bu üzdən ürəyimin hansısa guşəsində onun hələ də sağ olmasını yaşadıram və təsəlli tapıram. Mənim üçün Qarabağ döyüşlərində hər bir döyüşçü milli qəhrəmandır . Amma və lakin...Nədən ona milli qəhrəman adı dövlətimiz tərəfindən layiq görülməsin...O qəhrəmandır.! Və şübhəsiz ki, Natiqin cəsurluğu və qəhrəmanlığı insanlarımızın qəlbində həmişə yaşayacaq ! Çox təəssüf ki.onun qatili sayılacaq Balasanyan bu gün azadlıqdadır. Onun həbs olunaraq Bakıya gətirilməsini ,Natiqə isə Milli Qəhrəman adının  verilməsini tələb edirəm !!
Mən isə onun sağ olduğuna inanıram və hətda şəhid olsa da deyirəm.Düşünürəm ki,  yəqin ruhu  məni və yazımı görür: 
53 yaşın mübarək, Natiq ! Biz sənin yolunu səbirsizliklə gözləyirik!


Hiç yorum yok:

Yorum Gönder

Pages