Əməkdar jurnalist Rəhman Orxan komaya düşüb




Azərbaycan milli mətbuatının formalaşmasında zəhməti olanlardan da biri jurnalist Rəhman Orxandır (Məmmədzadə). O, Vışka qəzetinin müxbiri olub. Daha sonra Bakinets qəzetini təsis edib və hazırda da həmin qəzetin baş redaktorudur. Sumqayıt şəhərində yaşayan Rəhman müəllimlə 15 ildən çoxdu görüşmürəm. Yanvarın 28-də məlumat aldım ki o, Sumqayıt Tibb Mərkəzində müalicə alır, hətta Mərkəzin Direktoru Elnur Azadxanov da Rəhman müəllimi ziyarət edib. Dünən həm də öyrəndim ki, Rəhman müəllim komaya düşüb.O, süni tənəffüs aparatına qoşulub və hazırda da komadadır. 
Əziz dostlar, Allah böyük və ədalətlidir. Dualarımızı əsirgəməyək!

Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 29.01.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages