Təvəkkül Ejdər oğlu Eliyev Bakıda anadan olub. M.A.Eliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakultəsində təhsil alıb (1973). Təyinatla N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iş fəaliyyətinə başlayıb. Teatrın səhnəsində oynadığı ilk rol M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub. Ömrünün sonuna qədər kollektivə sadiq alıb. Bəzi tamaşalara və Lənkəran şəhərində keçirilən mədəni-kütləvi tədbirlərə rejissorluq edib. Xarici kinematoqrafçıların istehsalı olan “Azadlıq şirin sözdür” filmində (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) çəkilib. Əməkdar artist (2002), “Tərəqqi” medallı (2013) Təvəkkül Əliyev 2017-ci ildə ürək tutmasından vəfat edib.
Aktyor Təvəkkül Əliyev aktrisa Böyükxanım Əliyevanın həyat yoldaşı olub.
Filmoqrafiya:
Aktrisanın təbəssümü (1974, tammetrajlı film-tamaşa) – aktyor
Bığ əhvalatı (1998, tammetrajlı film-tamaşa) – aktyor (Cəmil)
Yanmış körpülər (2003-2007, bədii serial) – aktyor (polis rəisi)
Cavad xan (2008, tammetrajlı bədii film) – aktyor (İbrahim xan)
Onun ürəyi (2010, qısametrajlı bədii film) – aktyor
100 kağız (2015, tammetrajlı bədii film) – aktyor
Bağışla, gələ bilmədim (2015, qısametrajlı bədii film) – aktyor
Əli və Nino (2016, tammetrajlı bədii film) – aktyor (Zeynal ağa)
Brat Li (2017, tammetrajlı bədii film) – aktyor
Hiç yorum yok:
Yorum Gönder