Lamiyə Oleq qızı Səlimova 19 yanvar 1985-ci il tarixində Qax şəhərində anadan olub. 1991-ci ildə Siyəzən şəhərində Şirin İsmayılov adına 3 saylı orta məktəbin birinci sinfinə gedib. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində estrada aktyorluğu ixtisası üzrə təhsil alıb. 2008-2009-cu illərdə dünya şöhrətli kinossenarist və kinorejissor Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Akademiyasında oxuyub. 2011-ci ildə Azərbaycan Dövlət Gənclər və İdman Nazirliyinin dəstəyi, millət vəkili Jalə Əliyevanın layihəsi ilə həyata keçirilən Milli Qəhrəman Mübariz İbrahimov adına I Ümumrespublika Teatr Festivalının "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsinin "Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturaya qəbul olub. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır. Hazırda İTV-nin Səhər Proqramları Departamentində böyük redaktor vəzifəsindədir.
Filmoqrafiya
Simuzər (AZTV telefilm 2003)
Toy (AZTV telefilm 2004)
Boyunbağı (AZTV telefilm)
Balqabaq (film, 2007)
Qafqaz (film, 2007)
Qovğalı kəndinin gecələri (film, 2008)
Prokuror (2007)
Səbəb (2008)
Mat
Həyat varsa (teleserial. 3 seriyada baş rol ifaçısı)
Son hədd (teleserial. 5-ci seriyada)
Üç görüş (2013)
Hiç yorum yok:
Yorum Gönder