Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Gəncədə dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO



 BAKİ MİLLİ TELEVİZİYASI VƏ ŞƏHİZ CEHİN MUSTAFAZADƏ

ADINA HƏRBİ VƏTƏNPƏRVARLƏR İCTİMAİ BİRLİYİ Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Gəncədə dəfn olundu - YENİLƏN

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz gizir Həsən Ümid oğlu İsmayılov Gəncədə dəfn edilib.

BAKMİLTV.İNFİ -ın VƏ ŞCMAHVİB məlumatına görə, qəzada həlak olan hərbi qulluqçunun nəşi əvvəlcə Gəncə şəhərində yerləşən evinə aparılıb. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdən sonra gizir Həsən İsmayılov Gəncənin Şəhidlər xiyabanında dəfin edilib.

12:10

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz gizir Həsən Ümid oğlu İsmayılov ilə vida mərasimi keçirilir. -BAKMİLTV.İNFİ Nın əldə etdiyi məlumata görə, hazırda Gəncədə yaşadığı evin qarşısında çadır qurulub. Son məlumata görə dəfn saat 13:00-da həyata keçiriləcək.

 

10:47

Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün saat 12:00-da son mənzilə yola salınacaq. BAKMİLTV.İNFİ Nın məlumatına görə, gizir Həsən Ümid oğlu İsmayılov bu gün saat 12:00-da Gəncə Şəhidlər xiyabanında dəfn ediləcək. 28 yaşlı Həsən İsmayılovun bir qızı və bir oğlu var.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.

Könül Cəfərli

Hiç yorum yok:

Yorum Gönder

Pages