Natiq Aslan oğlu Fərzəliyev Yevlaxda anadan olub. 5-ci sinifdən Bəşir Səfəroğlu adına Xalq Teatrına üzv olub, Pionerlər evinə gedib. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni maarif fakültəsində təhsil alıb (1982-1987). Arif Ağayevin Meydan Teatrında (1988), Rəşid Nəsiboğlunun “İrs” folklor ansamblında, Nadir Əsgərovun, Eldəniz Zeynalovun özəl teatr studiyalarında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1992-1993), Azərbaycan Dövlət Gənclər Teatrında (1994-2009) çalışıb. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Filmoqrafiya:
Bala-başa bəla! (1995, tammetrajlı film-tamaşa) – aktyor (televizordakı həkim, jurnalist)
Yarımştat (1996, tammetrajlı film-tamaşa) – aktyor (Böyükkişi)
Yol yoldaşları (2003, tammetrajlı bədii film) – aktyor (sərnişin)
Mükafat (2004, tammetrajlı film-tamaşa) – aktyor (Surxay)
Tilsim (2005, tammetrajlı bədii film) – aktyor (III pasient)
Kəndim+nizə qayıdın!? (2007, tammetrajlı bədii film) – aktyor (Vəli)
Bizim jek (2010, bədii serial) – aktyor
Aramızda qalsın (2011-2013, bədii serial) – aktyor (Böyükkişi)
Durnalar qayıdanda (2014, bədii serial) – aktyor
Zəng (II) (2014, tammetrajlı bədii film) – aktyor
Biznesmen (II) (2015, tammetrajlı bədii film) – aktyor (Oğobba)
4 baş (2018, tammetrajlı bədii film) – aktyor (molla)
Gül Əhməd (2018, tammetrajlı bədii film) – aktyor və. s
Hiç yorum yok:
Yorum Gönder