Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr və kino sənəti fakültəsində təhsil alıb (1990). 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Aktyor Ədalət Əbdülsəməd aktrisa Zemfira Əbdülsəmədovanın həyat yoldaşıdır.
Filmoqrafiya:
Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – aktyor (polis)
Girov (2005, tammetrajlı bədii film) – aktyor
İnterpapa (2006, tammetrajlı bədii film) – aktyor (qonşu)
Qızlar (2007, bədii serial) – aktyor (Şamil)
Qüdsi (2007, qısametrajlı sənədli televiziya filmi) – aktyor
Qaydasız döyüş (2008, bədii serial) – aktyor (işıqçı)
Sonuncu dərviş (2009, tammetrajlı bədii film) – aktyor (Rza müəllim)
Səhərə inan... (2010, tammetrajlı bədii film) – aktyor (qadının əri)
Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) - aktyor
Gələcəyin sorağında (2011, qısametrajlı sənədli film) – filmi səsləndirən
Qayınana (III) (2011-2012, bədii serial) – aktyor (İntiqam)
Sübhün səfiri (2012, tammetrajlı bədii film) – aktyor (rus şair)
Zirvədə qalan səs (2013, qısametrajlı sənədli televiziya filmi) – aktyor (Məmməd Arif)
Çaqqal nəfəsi (2013-2014, bədii serial) – aktyor (Salman)
Həyat sən nə qəribəsən (2013-2016, bədii serial) – aktyor (Hikmət)
Dələduzlar (2014, tammetrajlı bədii film) – aktyor (sürücü)
Axırıncı yol (2016, tammetrajlı bədii film) – aktyor
Ayaqqabı əməliyyatı (2016, qısametrajlı bədii film) – aktyor və.s
Hiç yorum yok:
Yorum Gönder