Canlarını vətən üçün verən QAZİ salam olsun
ŞƏHİD qardaş, ŞƏHİD yoldaş, Can silahdaş salam olsun
Salam olsun alanlara, duyanlara, salam olsun
Millətimin qayğısına qalanlara salam olsun
Salam olsun bu millətin ƏRƏNLƏRİ
Salam olsun bu millətin NƏR ƏRLƏRİ
Salam olsun ATALARA, ANALARA Salam olsun.
Salam olsun Ey millətin DƏDƏLƏRİ, NƏNƏLƏRİ Salam olsun,
Salam olsun Ey mullətin NƏVƏLƏRİ Salam olsun
Verdin Seyyid salamları Alanlara salam olsun !!!
Hiç yorum yok:
Yorum Gönder