Elməddin Cəfərovun ad günüdür.




Elməddin Misir oğlu Cəfərov Göyçə mahalının Zod kəndində anadan olub. 1988-ci ildə ailəsi Qərbi Azərbaycandan Gəncəyə köçüb. Gəncə Dövlət Universitetinin tarix fakültəsinin filologiya ixtisasında təhsil alıb. Məktəb vaxtlarından “KVN”-də iştirak edib. Universitetdə ilk dəfə olaraq “KVN” komandası təşkil edib. 2001-ci ildə gənclər arasında ilin ən yaxşı aktyoru seçilib. Space TV-də yayımlanan “Tək səbir” verilişində 3 il çıxış edib. Sonra “Cüt səbir”, Lider TV-də “Əhsən olsun”, ATV-də “Arı şou” verilişlərini açıb. Hazırda “Arı Production”ın rəhbəridir. Filmlər və seriallar istehsal edir.

Filmoqrafiya:
Toy (II) (2005, tammetrajlı bədii film) – aktyor (Taleh)
Ailəm (2006, bədii serial) – ssenari müəllifi, aktyor (Fərasət)
Qonşular (2006, bədii serial) – ssenari müəllifi, aktyor (Münasibət)
Milçək (2006, tammetrajlı bədii film) – aktyor (Kərim)
Kəndim+nizə qayıdın!? (2007, tammetrajlı bədii film) – aktyor (Xuduş)
Müəmmalı yubiley (2007, tammetrajlı bədii film) – aktyor (Qələndər)
Koma 0,1 saniyədə (2008, tammetrajlı bədii film) – aktyor (Seymur)
Gəmidə səyahət (2009, tammetrajlı bədii film) – aktyor
Qayınana (III) (2011-2012, bədii serial) – aktyor (Tofiq)
Xoxan (2014, tammetrajlı bədii film) – aktyor
Naxox (2016, tammetrajlı bədii film) – aktyor
Kişi sözü (II) (2016-2017, bədii serial) – baş prodüser
Hoqqa (2017, tammetrajlı bədii film) – aktyor

Hiç yorum yok:

Yorum Gönder

Pages