Orada müəllim işləyirdi. Şux, qəribə yerişi var idi. Mənə təbəssümlə salam verirdi. Və deyirdi ki, sən Ofeliya Sənaninin qohumusan? Deyirdim ki, yox. Tariyel Vəliyev "Səni axtarıram" filmini çəkəndə Elçin obrazını Yaşar üçün yazmışdı, amma Gülnar obrazına aktrisa axtarırdılar. Tariyel müəllim deyir ki, "Gənclik estradası"nı aparan bir qız var idi. Onu tapın. Onun qəribə gülüşü var. Yaşar deyir ki, o, hələ bu sahədə yenidir. Tariyel müəllim isə deyir ki, qoy yoxlayaq. Mən də utancaq bir qız olduğum üçün tərəf müqabilimin gözünün içinə düz baxa bilmirdim. Yaşar məni tərəfmüqabilimin gözünün içinə baxmağı öyrətdi. Məşqlərdən sonra Yaşar dedi ki, Firəngizi filmə çəkək. Biz obrazımızı elə oynadıq ki, bütün Azərbaycan bizim haqqımızda danışdı. Ondan sonra şayiələr başladı, Yaşar Nuriyev Firəngizi sevir, onunla ailə qurub, qoşulub qaçıblar, Azərbaycandan gediblər və s.
O, mənə çox öyrətdi ki, “düz gözümün içinə bax!”, "hara baxırsan, fikrin məndə olsun!" İlk rol idi, sıxılırdım. Tamaşa bomba kimi partladı. İndiyənə qədər də bunun səs-sorağı gəlir, ondan danışırlar. Xoşbəxtəm ki, məhz elə Yaşar Nuri, Rəfael Dadaşovla, o cür heyət ilə biz bu tamaşanı ərsəyə gətirdik".
Firəngiz Mütəllimova.
Hiç yorum yok:
Yorum Gönder