Bakı Bələdiyyə Teatrının aktyoru, əməkdar artist Tofiq Bayramovun ad günüdür.




Tofiq Qulaməli oğlu Bayramov Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor sənətinə yiyələnib (1965-1969). Tələbə ikən Cəfər Cabbarlının "Sevil" pyesinin tamaşasında Balaş rolunda oynayıb. Təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Bir müddət Musiqili Komediya Teatrında çalışıb. 1995-ci ildən taleyini Bakı Bələdiyyə Teatrına bağlayıb. Əməkdar artistdir. “Tərəqqi” medalı ilə təltif olunub (2013).

Filmoqrafiya:
Qətl günü (1990, tammetrajlı bədii film) – aktyor (iclas iştirakçısı)
Qisas (1991, qısametrajlı bədii film) – aktyor (Musaxan)
Yük (1995, tammetrajlı bədii film) – aktyor (qumarbaz)
Heydər Əliyev (1997-2013, sənədli serial) – aktyor (qatardakı sərnişin)
Əsirin qayıtması (2002, qısametrajlı bədii film) – aktyor (xəbər gətirən)
Ovsunçu (2002, tammetrajlı bədii film) – aktyor
Bir anın həqiqəti (2003, bədii serial) – aktyor (kollegiya üzvü)
Cavid ömrü (2007, tammetrajlı bədii film) – aktyor (zalda oturan)
Acılar bitməz (2009, tammetrajlı bədii film, bədii serial) – aktyor (Kamil)
Sübhün səfiri (2012, tammetrajlı bədii film) – aktyor (eşikağası)
Bir ömrün salnaməsi (2013, qısametrajlı sənədli televiziya filmi) – aktyor
72 km (2014, qısametrajlı bədii film) – aktyor

Hiç yorum yok:

Yorum Gönder

Pages