Azərbaycan teatr və kino aktyoru,Azərbaycanın xalq artisti ,Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini(2014)və İttifaqın sədr vəzifələrini icra edən(2023)Hacı İsmayılovun ad günüdür




Hacı Məcid oğlu İsmayılov Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1963-1967).
Tələbə ikən İrəvana göndərilib və orada Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Teatrının açılışında “Sevil” tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun səhnə danışığı kafedrasında çalışmağa başlayıb. Sumqayıt Dövlət Dram Teatrında çalışıb (1968-1969). 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrının aktyorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir. Xarici film istehsalçılarının çəkdiyi “Qızıl buzovların valsı” (1992, rejissorlar Murad İbrahimbəyov, Rüstəm İbrahimbəyov / Rusiya, gülsatan rolunda), “Qasid göndərməlimi?” (1998, rejissor Valeri Çikov / Rusiya), “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) filmlərində çəkilib. “Ad günü” filmindəki Mustafa roluna görə Dövlət mükafatına layiq görülüb (1980). Əməkdar artist (1989), Xalq artistidir (2000). “Şöhrət” ordeni ilə təltif olunub (2019).

Filmoqrafiya:
Ulduz (1964, tammetrajlı bədii film) – aktyor (rəqs edən)
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor (kəndli)
Ad günü (1977, tammetrajlı bədii film) – aktyor (Mustafa)
Arvadım mənim, uşaqlarım mənim – Toy (1978, tammetrajlı bədii film, kino-almanax) – aktyor (bəy)
Bir ailəllik bağ evi (1978, tammetrajlı bədii film) – aktyor
Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – aktyor (Əlikram)
Evin kişisi (1978, tammetrajlı bədii film) – aktyor (balıqçı)
Alov (1979, tammetrajlı film-tamaşa) – aktyor (Fərman)
Kişilər (1979, tammetrajlı film-tamaşa) – aktyor (Səməndər)
Anın quruluşu (1980, tammetrajlı bədii film) – aktyor (Ələkbər)
Atayevlər ailəsi (1980, tammetrajlı film-tamaşa) – aktyor (Xuduş)
Gözlə məni (1980, tammetrajlı bədii film) – filmi səsləndirən (Andrey-V.Postnikov)
Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (Mürşüd)
Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – filmi səsləndirən (kolxoz sədri-Hamlet Qurbanov)
Bağlı qapı (1981, tammetrajlı bədii film) – aktyor (Əli)
Belə lazımdır (1982, qısametrajlı bədii film) – aktyor
İşgüzar səfər (1982, tammetrajlı bədii film) – aktyor (Oqtay)
Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – aktyor
Yeni evlənənlər (1983, qısametrajlı bədii film) – aktyor (məktəb direktoru)
Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – aktyor (Bağır)
Musiqili xaş (1984, qısametrajlı bədii film) – aktyor
Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (Tağı)
Aşkarsızlıq şəraitində... (1986, tammetrajlı bədii film) – filmi səsləndirən (Musazadə-Vyaçeslav Həsənov)
Dundukley (1986, qısametrajlı bədii film) – aktyor
İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – filmi səsləndirən (bolşevik)
Ordan-burdan (1987, tammetrajlı film-tamaşa) – aktyor (Gülbala)
Özgə ömür (1987, tammetrajlı bədii film) – aktyor (Həsənov)
Sürəyya (II) (1987, tammetrajlı bədii film) – aktyor (Qeysər)
Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – aktyor (balıqçı)
Yaşıl eynəkli adam (1987, tammetrajlı film-tamaşa) – aktyor (Qafar)
Yay gününün xəzan yarpaqları (1987, tammetrajlı bədii film) – aktyor (mühasib)
Yaramaz (1988, tammetrajlı bədii film) – aktyor (Hacı)
Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – filmi səsləndirən (Kulçitski-Aleksandr Arjilovski)
Qonşu qonşu olsa... (1989, tammetrajlı film-tamaşa) – aktyor (Əhməd Əhmədov)
Qurbanəli bəy (II) (1989, animasiya filmi) – filmi səsləndirən
Ölsəm... bağışla (1989, tammetrajlı bədii film) – aktyor (Qulam)
Sahilsiz gecə (1989, tammetrajlı bədii film) – filmi səsləndirən (İsrafil-Muxtar Maniyev)
Təxribat (1989, tammetrajlı bədii film) – filmi səsləndirən (izahat alan-Məhəmməd Verdizadə)
Güzgü (1990, qısametrajlı bədii film) – filmi səsləndirən (Nəsir-Ramiz Əzizbəyli)
Yad qızı (1990, tammetrajlı film-tamaşa) – aktyor (Rza)
Qəzəlxan (1991, tammetrajlı bədii film) – aktyor (şair)
Nakəs (1991, tammetrajlı bədii film) – aktyor
777 №-li iş (1992, tammetrajlı bədii film) - aktyor
Fəryad (1993, tammetrajlı bədii film) – aktyor (Rövşən)
Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – aktyor (xəstə)
Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – filmi səsləndirən (Şahin-Elxan Quliyev)
Həm ziyarət, həm ticarət... (1995, tammetrajlı bədii film) – aktyor (Mustafa)
Apardı sellər Saranı (1996, qısametrajlı film-tamaşa) – aktyor
Fatehlərin divanı (1997, bədii serial) – aktyor (Candarlı Əli Paşa)
Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – aktyor (Kərbəlayi Qasım)
Otel otağı (1998, tammetrajlı bədii film) – filmi səsləndirən (sərnişin-Tofiq İsmayılov)
Sarı gəlin (1998, tammetrajlı bədii film) – aktyor (Qədir)
“Qaynana” əməliyyatı (1999, tammetrajlı film-tamaşa) – aktyor (Həmid)
Yaşıl eynəkli adam 2 (1999, tammetrajlı film-tamaşa) – aktyor (Qafar)
Nekroloq (2001, tammetrajlı film-tamaşa) – aktyor (Xəlil)
Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – filmi səsləndirən (un zavodunun direktoru-Kahin Bünyadov)
Yaşıl eynəkli adam 3 (2002, tammetrajlı film-tamaşa) – aktyor (Qafar)
Bir anın həqiqəti (2003, bədii serial) – filmi səsləndirən (Ramil Usubov-Paşa Balacanov)
Məhəllə (2003, tammetrajlı bədii film) – aktyor (polis rəisi)
Yumurta (2003, tammetrajlı film-tamaşa) – aktyor (Qafar)
Məşədi İbad 94 (2005, tammetrajlı bədii film) – aktyor (ətir satan)
Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – aktyor (MİS müdiri)
Ondan yaxşı qardaş yox idi (2010, tammetrajlı bədii film) – aktyor (poçt işçisi)
Bir ailəm var (2013-2016, bədii serial) – aktyor (Uğur)
Dələduzlar (2014, tammetrajlı bədii film) – aktyor (Qurban)

Hiç yorum yok:

Yorum Gönder

Pages