Azərbaycan teatr və kino aktyoru,Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Azərbaycanın əməkdar artisti Elman Rəfiyevin ad günüdür




Elman Məmmədrza oğlu Rəfiyev Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsində (1988-1992), Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda (1998) təhsil alıb. Azərbaycan Dövlət Gənclər Teatrında (1992-1993), Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında (1994-2000) aktyor kimi fəaliyyət göstərib. Pantomim Teatrında hazırlanan bütün tamaşaların və Kukla Teatrında "Kral" tamaşasının musiqi tərtibatçısıdır. Klounada janrında fəaliyyət göstərib, səhnə təxəllüsü Kloun Ninidir. 2006–cı ildə Xəzər Universitetində Üzeyir Hacıbəyovun "Arşın mal alan" (ingilis dilində) operettasına, daha sonra isə Fikrət Əmirovun "Sevil" operasına quruluş verib. 2000-ci ildən Dövlət Pantomim Teatrında direktor müavini, 2009-cu ildən isə direktoru vəzifəsindədir. Əməkdar artistdir (2012).

Filmoqrafiya:
Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – aktyor (nökər Əli)
Yaşıl eynəkli adam 2 (1999, tammetrajlı film-tamaşa) – aktyor (restoran işçisi)
Nekroloq (2001, tammetrajlı film-tamaşa) – aktyor (Ruslan)
Yaşıl eynəkli adam 3 (2002, tammetrajlı film-tamaşa) – aktyor (köməkçi)
Qaz (II) (2005, tammetrajlı bədii film) – aktyor (imkanlı oğlan)
Kişiləri qoruyun (2006, tammetrajlı bədii film) – aktyor (şadlıq evinin işçisi)
Bəylik dərsi və ya keçmişdən gülməcələr... (2007, tammetrajlı film-tamaşa) – aktyor (məzhəkəçi)
Cavid ömrü (2007, tammetrajlı bədii film) – aktyor (gənc bolşevik)
Kəndim+nizə qayıdın!? (2007, tammetrajlı bədii film) – aktyor (Maykl)
Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – aktyor
Qala (2008, tammetrajlı bədii film) – aktyor (Seyid)
Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – aktyor (cavan oğlan)
Mürafiə vəkillərinin hekayəti (2011, tammetrajlı film-tamaşa) – aktyor (Bədəl)
Aramızda qalsın (2011-2013, bədii serial) – aktyor (Nəriman)
Sübhün səfiri (2012, tammetrajlı bədii film) – aktyor (Fridrix Bodenştedt)
Sirr (2012-2013, bədii serial) – aktyor (Tahir Əsədullayev)
Qanun naminə (II) (2014, bədii serial) – aktyor (Mirzəağa)
Eviniz abad (2017, tammetrajlı bədii film) – aktyor və. S

Hiç yorum yok:

Yorum Gönder

Pages