Aktyor, xalq artisti Məmmədrza Şeyxzamanovun anım günüdür.




Məmmədrza İsa oğlu Şeyxzamanov Gəncədə anadan olub. 2 yaşında ikən atasını itirib. O vaxtdan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olub, toxuculuq fabrikində işləməyə başlayıb. Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan “təmizlənmələr” Şeyxzamanovlar nəslinə də əlini çəkib. Məmmədrzanın babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalıblar. Məmmədrza orta məktəbdə oхuya-oхuya teatr studiyasına daхil olub. 1934-cü ildə Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. Lakin aktyorun bu teatrda fəaliyyəti uzun sürmür. Məmmədrzanın qardaşı Ələsgər İtaliyada, bacısı Həmidə Türkiyədə yaşayırdı. 1941-ci ildə pantürkistlikdə ittiham olunan Məmmədrza Şeyхzamanov Qazaхıstanın Semipalatinsk vilayətinə sürgün olunur. Bu müddətdə çoх sevdiyi, valideynlərinin razı olmayacağı qorхusuyla götürüb qaçdığı qonşu qızı Nigar хanım onu tək buraхmır. Şeyхzamanov sürgündə olduğu illər ərzində orta məktəbdə müəllim işləyir, dram dərnəyi yaradır. Nəhayət bəraət alan aktyor ailəsilə birlikdə Gəncəyə, illərlə həsrətində olduğu səhnəyə qayıdır. Səməd Vurğun onu Bakıya dəvət edir. Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Aktyorun bas səsinin heyranı olan Niyazi özü şəхsən onu işə dəvət etsə də, Məmmədrza Şeyхzamanov aktyorluğu müğənniliyə dəyişə bilməmişdi. Xalq artsiti (1974), Dövlət mükafatı laureatı (1984) Məmmədrza Şeyхzamanov 1984-cü ildə vəfat edib.

Filmoqrafiya:
Kəndlilər (1939, tammetrajlı bədii film) – aktyor
Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – aktyor (professor Teymur Rəcəbov)
Qara daşlar (1956, tammetrajlı bədii film) – aktyor
Qızmar günəş altında (1957, tammetrajlı bədii film) – aktyor (Əmir dayı)
Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – aktyor (Qafar Niyazov)
Ögey ana (1958, tammetrajlı bədii film) – filmi səsləndirən (Hüseyn dayı-Ələsgər Ələkbərov)
Bir qalanın sirri (1959, tammetrajlı bədii film) – aktyor (Həkim Eldostu)
Onu bağışlamaq olarmı? (1959, tammetrajlı bədii film) – aktyor (polkovnik Qurbanov)
Səhər (1960, tammetrajlı bədii film) – filmi səsləndirən (rotmistr)
Bizim küçə (1961, tammetrajlı bədii film) – filmi səsləndirən (rus zabit)
Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – aktyor (dərviş)
Matteo Falkone (1961, qısametrajlı bədii film) – filmi səsləndirən (Matteo Falkone-Nodar Şaşıqoğlu)
Böyük dayaq (1962, tammetrajlı bədii film) – aktyor (Şərəfoğlu)
Əmək və qızıl gül (1962, tammetrajlı bədii film) – filmi səsləndirən
Telefonçu qız (1962, tammetrajlı bədii film) – filmi səsləndirən (Qulam-Mirzə Babayev)
Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – aktyor (Şirin kişi)
İyirmialtılar (1966, tammetrajlı bədii film) – filmi səsləndirən (Xaçaturov-Adil İsgəndərov)
Qaraca qız – Liftçi qız (1966, tammetrajlı bədii film, kinoalmanax) – aktyor (rəssam)
Sən niyə susursan? (1966, tammetrajlı bədii film) – filmi səsləndirən (kənd müəllimi-Ağarza Quliyev)
Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – aktyor (poçtalyon)
İntizar (1970, qısametrajlı bədii film) – aktyor (molla)
Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktyor (çalpapaq Kərəm)
Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – aktyor (Zaurun atası)
Gilas ağacı (1972, qısametrajlı bədii film) – aktyor (Qulam baba)
Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – aktyor (Murtuz)
Xatirələr sahili (1972, tammetrajlı bədii film) – filmi səsləndirən (Əhməd dayı-Ələddin Abbasov)
Qızıl qaz (1972, tammetrajlı bədii film) – aktyor (Mahmud)
Skripkanın sərgüzəşti (1972, tammetrajlı bədii film) – filmi səsləndirən (odessalı)
Cırtdanın yeni sərgüzəşti (1973, animasiya filmi) – filmi səsləndirən (uçan xalça)
Nəsimi (II) (1973, tammetrajlı bədii film) – aktyor (Şeyx Əzəm)
Çarvadarların izi ilə (1974, tammetrajlı bədii film) – aktyor (Əli kişi)
Qatır Məmməd (1974, tammetrajlı bədii film) – aktyor (qubernator)
Qeyri-adi ov (1976, qısametrajlı bədii film) – aktyor (kənd ağsaqqalı)
Pəncə... qulaq... palaz... tikan... (1976, animasiya filmi) – filmi səsləndirən (bayquş)
Tütək səsi (1976, tammetrajlı bədii film) – aktyor (İsfəndiyar kişi)
Vulkana doğru (1976-1977, bədii serial) – aktyor (usta Ramazan)
Arvadım mənim, uşaqlarım mənim – Toy (1978, tammetrajlı bədii film, kino-almanax) – aktyor (Xan dayı)
Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – aktyor (Aristokes)
Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – filmi səsləndirən (Bəhmən dayı-Konstantin Dauşvili)
İstintaq (1979, tammetrajlı bədii film) – filmi səsləndirən (Almazovun əmisi-Ağasadıq Gəraybəyli)
Gözlə məni (1980, tammetrajlı bədii film) – filmi səsləndirən (Həsənəli-Ələddin Abbasov)
Qızıl uçurum (1980, tammetrajlı bədii film) – aktyor (Qurban)
Birisigün, gecəyarısı... (1981, tammetrajlı bədii film) – filmi səsləndirən (Abdullayev-Cahangir Aslanoğlu)
Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – filmi səsləndirən (kəndli)
Əzablı yollar (1982, tammetrajlı bədii film) – aktyor (nağılçı)
Nizami (III) (1982, tammetrajlı bədii film) – filmi səsləndirən (Bərdəli qoca)
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (kəndli qoca)

Hiç yorum yok:

Yorum Gönder

Pages