Quliyeva Şəlalə Şahvələd qızı Mingəçevir şəhərində anadan olmuşdur. 1995 ci il də Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin “Ah, Paris…Paris!..” satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir.
2011-ci ildə V Beynəlxalq Yay Teatr məktəbində aktyor sənəti üzrə ixtisas artırma kurslarını bitirmişdir (K. Modzelevskiy “Tac qoyma mərasimi” – Beata).
9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir.
Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularındandır.
Teatr səhnəsindəki rolları
Elçin “Ah, Paris… Paris” – Gülbəniz
B.Vahabzadə “Özümüzü kəsən qılınc” – Mələk
Elçin “Mənim sevimli dəlim” -Şəfqət bacısı
V.Rozov “Şadlıq sorağında” – Fira
Elçin “Mənim ərim dəlidir” – Qız
N.Xəzri “Burla Xatun” – Banuçiçək
Ç.Aytmatov “Sokratın anma gecəsi” – Qız
H.Həsənov “Brüsseldən məktublar” – Pianoçu
X.Qoca “Hərənin öz payı” – Partiyaçı; Jurnalist
J.Rasin “Fedra” – İsmena
B.Vahabzadə “Rəqabət” – Səbinə
A.Kamyu “Anlaşılmazlıq” – Mariya
İ.Şıxlı “Ölüləri qəbristanlıqda bastırın” – Qəndab
A.Şaiq “Eloğlu” – Telli
Xanim “Tülkü-tülkü-tünbəki”-İlan
Elçin “Teleskop”-Xanım
M.F.Axundov “Sərqüzəşti-vəziri-xani Lənkaran”-Şölə
Sagarelli “Xanuma”-Tekle
V.Hügo “Qadının məhəbbəti”-Qız
Elçin “Şekspir”-Ər-arvad
M.Friş “Don Juan”-Selestina
C.Məmmədquluzadə “Anamın kitabı”-Gülbahar
R.Kuni “Zorən şorqöz”-Pomella
B.Nuşiç “Nazirin xanımı” – Dara
Yev.Şvarts “Kölgə”- Yuliya Juli
E.E. Şmitt” Müsyö İbrahim və Quran çiçəyi”-Bricit Bardo
N.Qoqol “Müfəttiş” Anna Andreyevna
Y. Polyakov “Sinif yoldaşları” – Anna Falikova
Filmoqrafiya
Dəvətnamə (film, 2003)
Yanmış körpülər (film, 2003)
Akademik Yusif Məmmədəliyev (film, 2005)
Bir dəfə Qafqazda (film, 2007)
Kuklalar (film, 2010)
Qayınana(film, 2011) – Mayıl müəllimin sevdiyi qız
Şəbəkə (film, 2011)
Qardaşdan yaxşısı yox idi-Lətifa
Üç qız (film, 2005)-muzey bələdçisi
Sənə inanıram – Gülgəz
Səni ürəyim sevdi (serial) – Lalə
Mozalan (N197) İstəməsən, götürməzsən
Vicdan haqqı (teleserial, 2016)-Zina
Hiç yorum yok:
Yorum Gönder