Ağalar Xanlar oğlu Bayramovun ad günüdür




 1954-cü ilin yanvar ayının 16-da Azərbaycan Respublikasının Ucar rayonun Boyat kəndində anadan olub. Əvvəlcə Bakı Mədəni-Maarif Texnikumunu, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib.

Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris teatrında aktyor kimi fəaliyyətə başlamış, 1991-ci ildən bu günə kimi həmin Universitetin “Səhnə danışığı” kafedrasında dosent kimi, aktyorlara “Səhnə danışığı fənnini tədris edir.

2001-ci ildə “İlin ciddi sənətcisi” nomenasiyası üzrə mükafata və diploma, 2002-ci ildə “Respublikanın Əməkdar artisti” fəxri adına, 2003-ci ildə isə “Qızıl qılınc” mükafatına layiq görülüb.

Bir neçə filmdə baş rola çəkilib.

1. C.Məmmədquluzadə – “Kişmiş oyunu”
2. Türkçülükdən bəhs edən “Tanrı işığı”
3. Məhəmməd Peyğəmbərə həsr olunmuş “Adın hikməti”
1983-cü ildən bu günə qədər Dövlət Teleradio şirkətində bədii qiraətci-aktyor kimi çalışmaqdadır. Onun ssenarisi üzrə çəkilmiş və özünün iştirak etdiyi 11 ədəbi teatr televiziyanın qızıl fondunda qorunub saxlanmaqdadır. Bunlar Aşıq Ələsgər, Məmməd Araz, Fikrət Qocanın əsərlərindən ibarət olmuşdur.

2004-cü ildən DAK-ın qurultaylarında və keçirdiyi tədbirlərində fəal iştirak edib.

Bu ilin 20-24 iyul tarixində Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən X (növbədənkənar) Birlik qurultayında Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri seçilib.

DAK-dakı fəaliyyətinin başlıca məqsədi parçalanmış vətənimizin bütövlüyünə, Güney Azərbaycanımızın müstəmləkə buxovundan azad olmasına nail olmaqdan ibarətdir. Harada çıxış etməsindən asılı olmayaraq, gənc nəsilə Bütöv Azərbaycanın varlığını, keçdiyi keçmə-keçli yolları aşılamaqdan ibarətdir.

Mətbuatda Ağalar Bayramov haqqında[redaktə | əsas redaktə]
1990-cı ildən dövrü mətbuatda, Ağalar Bayramovun yaradıcılığı haqqında 100-dən çox məqalələr yazılmışdır. Bunlardan bəziləri aşağıdakılardır:

Əlirza Xələfi: "Səsin üç rəngi";
Məmməd Aslan: "Yurd həsrətinə od vuran bir səs”;
Ələmdar Quluzadə: "Səsin qüdrəti".

Hiç yorum yok:

Yorum Gönder

Pages