20 yanvar Şəhidləri anıldı





Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür. Hərbçilərin yandırıcı güllələrdən açdığı yanğın nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər də var. 1990-cı il yanvarın 22-də AzSSR Ali Sovetinin növbədənkənar sessiyası keçirildi və orada baş vermiş hadisələrə siyasi qiymət verildi. Azərbaycan SSR Ali Sovetinin hadisələri araşdıran Komissiyasının Bəyanatında qeyd edilirdi ki, müttəfiq hakimiyyət orqanları Azərbaycan SSR-in suveren hüquqlarına etinasız yanaşır, SSRİ-nin yaradılması haqqında Müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını pozurlar.Yanvarın 22-də ölənlərin dəfn mərasimi keçirilib.Bu hadisələr Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil olub, 20 Yanvar isə respublikada qeyri-iş günü olub. Qara yanvar anım qünündə Yasamal rayon icra hakiminin başcısı Elşad Həsənov ve AVMViB Yasamal rayon teşkilatının Sedri Salman Hüseynov ve içtimayi birliyin üzvüləri iştirak etmişdir. 20 yanvar şəhidlərinin abidəs  qarşısına qül dəstələri qoyulmuş ve Qara yanvar şəhidlərini bir deqiqəlik sükütla yad etmişdilər. Şəhidlərin ruhuna duallar oxunmuşdu.

Elnurə Hafiz

Hiç yorum yok:

Yorum Gönder

Pages