Redaksiyamıza daxil olan şikayət ərizəsini sizlərə təqdim edirik
Baki Milli televiziyeası (BakmilTv.info) təsisçisi və icraçı direktoru
Sürəti Şəhid Ceyhun Mustafazadə adına Hərbi Vətənpərvərlər İctimai Birliyinin sədri Şükür Adilova
Sürəti Müstəqil həmkərlar birliyinin sədri Fuad Əliyevə
Lənkəran rayonu Nərimanabad qəsəbəsi, haı hazırda Bakı şəhəri Mərdəkan qəsəbəsində kirayə qalan Məmmədov Fariz Firdovsi oğlu şəxsiyyət vəsiqəsi AA0278825, əlaqə: *** *** ** ** tərəfindən
Ərizə
Yazıb sizə bildirirəm ki, mən Məmmədov Fariz Firdovsi oğlu 13 aprel 2019 cu ildə Azcargo (188 yükdaşıma) xidmətinə işə düzəldim. Şirkətin baş direktoru Məmmədov İsmixan əmək kitabcam ola ola məndən istəmədilər və mənə Hundai markalı sınıq maşın verdilər. 20 gün ərzində hər gün qaraja gəlirdim ki maşının əyləc sistemində problemlər var (tormuz tutmurdu). Hər gün eyni sözü deyirdilərki “bu gün sür sabah dəyişəcik” bü sözləri deyə-deyə 20 gün bu vəziyyətdə işlədim. Sonda gördüm ki yeni maşın vermirlər işdən çıxmaq istədim, lakin Rəşad Mahmudov mənə dedi: sənədlərin verilməyəcək. Bu gün ki günə qədər sənədlərim 188 yük daşıma xidmətindədir. 6 may 2019-cu ildə Ağsu-İsmayıllı yolunda maşının tormuzu tutmadı və qəza keçirtdim. Rəşad Məmmədov və Vidadi Abdulov (Qaraj bələdçisi) mənə zəng edərək dedilər ki, biz gəlirik sən maşının nakleykasın sök biz gələnə qədər. Ama hal bu ki mən yerə yıxılmışam və ayağım sınıq halda bu insanlar gör mənə nə deyirlər, və nəhayət bunlar gəldilər məni o vəziyyətdə öz maşınları ilə evə gətirdilər. O vaxtdan bəri nə bir zəng nə də bir maraqlanmadılar. Bir neçə məhkəmə oldu hammısından məni günahkar bilib 13800 AZN məhkəmə tərəfindən borc kəsildi. Bu günə qədər o pulun təxminən 3000 AZN ödəmişəm. Hal-hazırda heç bir işlə məşğul ola bilmirəm, səbəb odur ki hara işə düzəlirəm sistemdən mənim işlədiyimi görüb bütün maaşımı tələb edirlər.
Hal hazırda işsizəm. (Qyed edim ki bütün sənədlərimi: hərbi bilet, şəxsiyyət vəsiqəm, Sürücülük vəsiqəm və diplom indiki vaxta qədər bu şirkətdədir.
Hiç yorum yok:
Yorum Gönder