“Bir millət, iki dövlət, bir ordu” şüarı ilə indiyə qədər qət etdiyimiz bu yolda işimizi davam etdirəcəyik”.
Bu açıqlama ilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər çıxış edib.
O qeyd edib ki, Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir.
Yaşar Gülər xatırladıb ki, 2023-cü ildə Türkiyə və Azərbaycan 14 birgə hərbi təlim keçirib”
O qeyd edib ki, Türkiyə bu məqsədlə edilən səmimi səyləri dəstəkləyir və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayır:
“İki ölkə arasında etimadı artıran konkret addımların atılması ilə bağlı son qərardan məmnunuq”.
Nazir, həmçinin noyabrın 27-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında 10-cu Üçtərəfli Müdafiə Nazirləri görüşünün hər üç ölkənin hərbi və təhlükəsizlik məsələləri də daxil olmaqla geniş sahələr üzrə ümumi maraqlarına və gözləntilərinə xidmət etdiyini vurğulayıb. Onun sözlərinə görə, regional sabitlik üçün səylər bundan sonra da davam edəcək.
Mənbə: Bursa.com
Hiç yorum yok:
Yorum Gönder