Xalq artistimiz Gülşən Qurbanovanın doğum günüdür (1950-2006). Rolları:



Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış edib. Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət alış və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış edib. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. Xalq artistimiz 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirib, 56 yaşında vəfat edib. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Aktyor Ağadadaş Qurbanovun qızı, Hamlet Qurbanovun ögey bacısıdır. Gülşən xanım 20-dən artıq filmdə çəkilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages